Maşınlar toqquşdu, biri hasarı yardı - FOTO

Maşınlar toqquşdu, biri hasarı yardı - FOTO
14:12 8 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə yol qəzası olub.

ARB Kəpəz xəbər verir ki, hadisə Mikayıl Müşviq və Şota Rustaveli küçələrinin kəsişməsində qeydə alınıb.

Şəhər sakini Orxan Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Rəşid Əliyevin idarə etdiyi "Daewoo" markalı minik maşını toqquşub, yoldan çıxan "Mercedes" hasara çırpılıb.

Maşınlara ciddi ziyan dəysə də, xoşbəxtlikdən, xəsarət alan olmayıb. İlkin ehtimallara görə, qəzaya səbəb "Daewoo"nun gözləmədən baş yola çıxmasıdır.

Faktın araşdırılmasına başlanılıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/477414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR