Azərbaycanda tikinti materialları daşıyan yük avtomobilləri qaydaları pozur

Azərbaycanda tikinti materialları daşıyan yük avtomobilləri qaydaları pozur
14:22 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanda ağır tonnajlı avtomobillərin yüklərinin müəyyən edilmiş standartlara cavab verməməsi gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Bu cür avtomobillərə arxadan gələn nəqliyyat vasitələrinə və ya yolun asfalt örtüyünə zərər dəyməməsi üçün həddindən artıq yük yüklənməməli, yükün üzəri qalın əşya ilə örtülməlidir. Hətta ekspertlər yol qəzalarına yük maşınlarının daha çox səbəb olduğunu bildirirlər. Ağır tonnajlı avtomobillərin apardığı qum, çınqıl, mişar daşları yollara tökülərək digər nəqliyyat vasitələrinin qəza törətməsinə səbəb olur. Eyni zamanda, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun bir çox hissələrində deformasiyaya uğramış, dağılmış asfalt örtükləri, çatlar, çuxurlar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə maneçilik törədir.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətinin rəhbəri Kamran Əliyev “Report”a bildirib ki, yükdaşımalarla bağlı mövcud olan qanunvericilik dağılan, səpilən məhsulların üzərinin mütləq şəkildə örtülməsini tələb edir: "Bu normalara bütün sürücülər riayət etməlidir. Əgər sürücü postu keçdikdən sonra hər hansı bir səbəbdən daşıdığı yükün üstünü açıq saxlayıb, yola daşın, çınqılın tökülməsinə səbəb olursa, digər sürücülər bizim "902 Qaynar xətti"mizə zəng edib şikayətlərini bildirə bilərlər. Bu kimi qayda pozuntusu ilə üzləşən sürücülər həmin yük maşınının dövlət qeydiyyat nişanını, hərəkət etdiyi yolu, yaxud ərazini bildirməklə problemi yoluna qoya bilər. Şikayət əsasında qaydanı pozan həmin nəqliyyat vasitəsi şəhərin giriş hissələrində, yaxınlıqdakı postda, yaxud həmin ərazidə xidmət aparan yol patrul inspektorları tərəfindən saxlanılır və qayda pozuntusu ilə bağlı müvafiq tədbirlər görülür. Yaxud bu kimi halların şahidi olan sürücülər DYP-nin stasioanar postlarında xidmət aparan inspektorlara yaxınlaşmaqla qaydanı pozan nəqliyyat vasitəsini şikayət edə bilərlər”.
Onun sözlərinə görə, yükdaşıma qaydalarının pozulmasına görə nəqliyyat vasitələri cərimələnir: “Bu kimi hallarda ən aşağı cərimə haqqı 40 manat təşkil edir. Amma nəqliyyat vasitələrinin parametrləri aşılmaqla yüklənməsinə görə cərimələr fərqlidir. Fiziki şəxlər kütlə parametrlərini aşmağa görə 600 manat dəyərində cərimə edilir. İl ərzində qaydanı təkrar pozan şəxslərin sürücülük hüququ altı aydan bir ilə qədər məhdudlaşdırılır. Eyni zamanda, həmin sürücülər qaydaları təkrar pozduqlarına görə 1 200 manat dəyərində cərimə edilirlər. Eləcə də həm vəzifəli, həm də hüquqi (yəni həm yükləyən, həm də yükləməni təşkil edən) şəxslərin cəriməsi də az deyil. Bu halda qanunvericiliklə vəzifəli şəxslər üçün 1 400 manatdan 1700 manata, hüquqi şəxslərə isə 4 000 manatdan 5 000 manata qədər cərimələrin tətbiq edilməsi nəzərdə tutulub”.
Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı deyib ki, sığorta şirkəti avtomobilə dəymiş ziyanı ödəməlidir: "Əgər yükdaşıma qaydaları pozulubsa, sığorta şirkəti həmin yük avtomobilinin sürücüsünə qarşı regret qaydada məhkəməyə müraciət etməklə pul tələb edə bilər”.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, normadan artıq yüklənmiş ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində yolların monolit beton örtüyündə müəyyən çatlar və dağılmalar yaranır: “Bu daha çox Qubadan Bakıya doğru olan avtomobil yolu istiqamətində baş verir. Eyni zamanda, yük maşınları Xaçmaz, Qusar istiqamətindən Bakıya gələn yolu dağıtmaqla yanaşı, həm də digər hərəkətdə olan nəqliyyat vasitələri üçün böyük təhlükə törədirlər. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən yük daşıyan nəqliyyat vasitələrinə nəzarət daha da gücləndirilməlidir. Ümumiyyətlə, bu kimi vəziyyətlər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkət etməsinə problem yaradır”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov vurğulayıb ki, Azərbaycan qanunvericiliyində dağılan, səpələnən yüklərin daşınması zamanı onların üzərinin örtülməsi birmənalı olaraq göstərilib: "Əgər yolda hər hansı bir hadisə baş verərsə, bu zaman birbaşa sürücü təqsirkardır. Əgər zərərçəkən avtomobilin icbari sığortası varsa, o zaman ziyanı sığorta ödəyir”. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09