Lent.az-ın yazarı Oksford Universitetinə qəbul olundu

Lent.az-ın yazarı Oksford Universitetinə qəbul olundu
14:29 8 Oktyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Lent.az-da müəllif yazıları ilə çıxış edən gənc yazar, ictimai fəal Mirbəhram Əzimbəyli Oksford Universitetinin Rusiya və Şərqi Avropa Elmləri fakültəsinə qəbul olunub. Ən maraqlısı isə odur ki, onun götürdüyü elmi işi Dağlıq Qarabağ konflikti haqqındadır.

 

Lent.az-ın məlumatına görə, bundan əvvəl M.Əzimbəyli Türkiyənin Orta Doğu Texniki Universitetinin Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə ilə bitirib.

 

Mirbəhram Camal oğlu Əzimbəyli 18 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Türk Dünyası Bakı Atatürk liseyindən məktəb birincisi olaraq məzun olub. "Qarabağ harayı" adlı yazısı ilk dəfə 2001-ci ildə "525-ci qəzet"də çap olunub. 2006-cı ildə "Bir çocuğun dünyasından səslər" adlı ilk kitabı işıq üzü görüb. 15 yanvar 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) qurumun ən gənc üzvü olaraq qəbul edilib. “Səssizliyin harayı” adlı ikinci kitabı 2009-cü ildə nəşr olunub. 2008-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan, M.F.Axundov adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin məşğələlərində fəal iştirak edərək ədəbi yaradıcılığın nəzəriyyəsi və təcrübəsinə yiyələndiyin görə, diplomla təltif edilib. 19 may 2010-cu ildə yaradıcılıq uğurlarına görə, Rəsul Rza adına Ədəbiyyat Fondunun "Ümid işığı" mükafatına layiq görülüb. Bir il sonra Ədəbi-ictimai fəaliyyətlərimə, görə Prezident təqaüdü ilə mükafatlandırılıb. 2011-ci ildə yüksək balla Türkiyənin Orta Doğu Teknik Universitetinin (ODTÜ) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Universitetin “Hariciyə” elmi jurnalında məqalələr ilə çıxış edib.

 

2013-cü ildə ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb. 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun və eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təcrübə proqramlarında iştirak edib. 2015-ci ildə “Erasmus” proqramı çərçivəsində Niderlandın Leiden Universitetində təhsil alıb.

 

Qeyd edək ki, Mirbəhram Əzimbəyli şərqşünas Seyid Camal Əzimbəylinin  ilə “Yeni Üfiq” ictimai birliyinin sədri Sevinc Əzimbəylinin övladıdır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR