Ağasəlim Mircavadov: “Neftçi"nin oyununun birinci hissəsinə baxıb, televizoru söndürdüm"

Ağasəlim Mircavadov: “Neftçi"nin oyununun birinci hissəsinə baxıb, televizoru söndürdüm"
15:14 8 Oktyabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

“Biz indiyədək 8 komanda ilə oynamamışıq. Amma hazırda belədirsə, deməli, işləmək, irəli getmək lazımdır. 4 mərhələdən ibarət çempionatda 2-ci dövrədən sonra kimin nəyə qadir olduğu bilinəcək”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycanın ən titullu futbol məşqçisi Ağasəlim Mircavadov deyib.

 

Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. İlk 7 turdan sonra turnir cədvəlinə 19 xala malik “Qəbələ” başçılıq edir. İkinci pillədə qərarlaşan “İnter” əyalət təmsilçisindən 4 xal geri qaldığı halda, “üçlüyü” qapayan “Qarabağ” 13 xala malikdir.

 

Arxada qalan 7 turu dəyərləndirən A. Mircavadov bildirib ki, I dövrənin yekununa əsasən kimin yarışı necə başa vuracağını demək olmaz: “İlk pillədə qərarlaşan “Qəbələ”nin 19, 4-cü yerdə olan “Sumqayıt” 8 xalı var. Bu heç də yaxşı hal deyil. Buna görə də əvvəldən kimin birinci, kimin də qalan yerlər uğrunda mübarizə aparacağı görünürdü”. 

 

Azərbaycanın ən titullu məşqçisi lider olan “qırmızı-qaralar”ın uğurlu startını belə dəyərləndirib: “Klub birdən-birə belə nəticə göstərmir. Buna vaxt lazımdır. Bu komandada olan insanların da öz fikirləri, proqramları var. Onlar Avropada olan planlarını yerinə yetiriblər, ardıcıl ikinci ildir Avroliqada oynayırlar. İndi komandanın çempionluq hədəfi qalıb. 7 matçda cəmi 1 dəfə xal itirən komandanın əsas gücü infrastrukturdadır. Həmçinin bu il onlar çox gözəl transferlər etdilər. Yeni gələnlər komanda üçün sonadək oynayırlar”.

 

“Qəbələ”nin liderliyində düzgün hazırlanmış plandan və burada ukraynalı baş məşqçi Roman Qriqorçukun gördüyü işlərdən danışan mütəxəssis 9 matçdır qol buraxmayan Dmitri Bezotosnı və komandanın müdafiə xəttinin keçilməzliyinin səbəbini də açıqlayıb. A. Mircavadov “Qəbələ”yə bu tempi sonadək qoruyub, saxlamaq üçün məsləhətlərini də verib: “Komanda 3 cəbhədə - çempionat, kubok və avrokubokda mübarizə aparır. Bununla bağlı Qriqorçukla da söhbətim oldu. O bildirdi ki, artıq yetirmələri həftədə 2 dəfə oynamağa öyrəşiblər. Bilirsiniz, yorğunluq futbolda deyil, yolda ola bilər. Çünki insan sevdiyi işlə məşğuldur. Komanda stabil oynayarsa, elə zirvədə də qalacaq. Çempionluq istəyirsənsə, ortabab klublarla görüşlərdə xal itirmək olmaz. Liderlik uğrunda mübarizə aparanlardan isə çox xal almaq lazımdır”.

 

Heyətinə görə “Qarabağ” və “Qəbələ”dən geri qalan “İnter” yenə liderlər sırasındadır. A. Mircavadov “bankirlər”in sonadək avrokubok təmsilçilərimizlə mübarizə aparmasının özlərindən asılı olduğunu bildirib: “Bu komanda çox ağır oynayır. “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri matça da baxdım. Məni bu ağır oyunla onların nə vaxt “açılacaqları” düşündürür. Onlar kollektiv oyun sayəsində 15 xal yığıblar. Belə komandalar da var. Məsələn, Kurban Berdiyevin çalışdırdığı “Rostov” həmin oyunla az qalmışdı ki, Rusiya çempionu olsun”.

 

Son 3 mövsümün çempionu “Qarabağ” üçün startı uğurlu saymaq olmaz. A. Mircavadovun sözlərinə görə, Ağdam klubu artıq 2 dəfə məğlubiyyət acısı yaşasa da, növbəti tituluna doğru irəliləmək gücündədir: “Psixoloji tərəfdən yorğunluq, saymazlıq ola bilər. Amma “Qarabağ”ın öz oyun üslubu var. Deyərdim ki, komanda bu gün çox qol vəziyyəti yaradır, bundan istifadə edə bilmir. Liderləri Reynaldodur, amma o da çox az fərqlənib. Bunu baş məşqçi daha yaxşı bilir, öz işləridir. Amma “Qarabağ” çempionluq uğrunda mübarizə aparacaq. Bunun üçün heyəti də var”.

 

Çempionatın ən böyük sürprizi isə “Neftçi”nin uğursuz çıxışıdır. Paytaxt təmsilçisinin belə aciz qalmasına münasibət bildirən Məşqçilər Komitəsinin üzvü deyib ki, komanda lazımsız futbolçuların səhvləri səbəbindən yaxşı günlərini yaşamır: “Buna biabırçılıq deyək, ya nə deyək, doğurdan da söz tapmaq olmur. Çünki biz “Neftçi”ni həmişə birinci, ya ikinci yerdə görmüşük. Öz oyunu, legionerləri ilə fərqlənib. “Neftçi” elə bir klubdur ki, orada imicli futbolçular çıxış etməlidir, imicli məşqçilər işləməlidirlər. Əfsuslar olsun ki, bu il orada lazımsız oyunçular, sarı və qırmızı vərəqə ilə cəzalananlar digərləri ilə müqayisədə çoxdur. Nizam-intizamın aşağı olması da nəticədə özünü göstərir. İnanın, komandanın bugünkü halını çox pis qəbul edirəm. Onlar bizim tariximizdir. Mən orada boya-başa çatmışam. Hazırda da “Neftçi” dedikdə, duyğularım onunla hərəkət edir. Klubu faciəli yerə salmaq lazım deyil”.

 

A. Mircavadov bildirib ki, tarixinin antirekordunu yaşayıb, 5 oyun qalib gəlməyən və özünün ən ağır məğlubiyyətini yaşayan komandanın “Qəbələ”yə 0:8 hesabı ilə uduzduğu oyunda birinci hissəyə baxıb və televizoru söndürüb: “İlk hissəyə baxdım, ikinciyə baxmadım. Həmin vaxt bağda idim, nəvələrim də yanımda idilər. Televizoru keçirdim, uşaqları da bayıra çıxardım ki, “gəlin, gedək oynayaq”. Onlar da təəccüblü qaldılar ki, həmişə futbol gedəndə sakitlik olur və bir yerdə baxırdıq. Bu məğlubiyyəti də çox pis qəbul etdim. “Neftçi” heç vaxt belə olmamalıdır. Əksinə, onlar həmişə 6:0, 7:0, 8:0 hesabı ilə qalib gəlməlidirlər. Amma deyim ki, bu gün ziyalı azarkeşlərimizi itirmişik. O azarkeşlər ki, ötən əsrin 60-cı, 70-ci, 80-ci illərində stadionlara gəlirdilər və harada otururdusa, sözləri qanun kimi idi. Söyüş, başqa hərəkətlər olmazdı. Baxın, indi stadionlara kimlər gəlir? Cavan uşaqlar. Özlərini apara bilmirlər. Düzdür, başqa hörmətli azarkeşlər də var. Birincisi, ziyalıları tribunaya qaytarmaq lazımdır. Nə ilə? Oyunumuzla. Bunu da xalqın komandası “Neftçi” etməlidir”. 

 

“Neftçi”nin tarixində də belə böhran vəziyyətləri olub. Sonuncu isə Hans Yurgen Gedenin vaxtına təsadüf etmişdi. A. Mircavadov bir qədər öncə komandanın başına Elxan Abdullayevin gətirilməsi ilə çətin günlərin bitəcəyinə də inam ifadə edib.

 

O həmçinin ötən mövsümün gümüş medalçısı “Zirə”nin eyni dərəcədə uğurlu çıxış etməməsindən, çempionatın ortababları “Sumqayıt”la “Kəpəz”in ilk dövrədəki çıxışından da danışıb. A. Mircavadov vaxtilə mükafatlar uğrunda mübarizə aparan AZAL-ın indiki acınacaqlı durumuna da toxunub.

 

Təcrübəli mütəxəssis arxada qalan 7 turda “Qəbələ”nin yeni transferləri – Teo Uiks, Baqali Dabonu fərqləndirib: “Yerli oyunçulardan isə fərqləndirə biləcəyim yoxdur”.

 

A. Mircavadov Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç və Çexiya ilə keçirəcəkləri oyunlarla bağlı proqnozlar da verib. O bildirib ki, bu qarşılaşmalardan xal deyil, xallar gözləyir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Xırdalanda itkin düşmüş 13 yaşlı oğlan tapılıb

25 Sentyabr 2017 10:29

"Roma"nın daha bir futbolçusu zədə üzündən Bakıya gəlməyəcək

25 Sentyabr 2017 10:27

Elzadan Seyidcahanla bağlı xəbər doğrudur?

25 Sentyabr 2017 10:24

Türkiyədən son XƏBƏRDARLIQ: “Hərəkətə keçəcəyik!”

25 Sentyabr 2017 10:23

Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib

25 Sentyabr 2017 10:22

Zaqataladakı yanğınla bağlı son

25 Sentyabr 2017 10:16

"Qazprom" Azərbaycanda nümayəndəlik açır

25 Sentyabr 2017 10:14

“20 Yanvar” stansiyasının girişində bıçaqlanma

25 Sentyabr 2017 10:14

Gözlənilən referendum başladı

25 Sentyabr 2017 10:10

Azərbaycanın İraqdakı konsulu İŞİD-dən xilas edilən uşaqlara baş çəkdi

25 Sentyabr 2017 10:09

Zaqatalada 3 hektar ərazi yandı

25 Sentyabr 2017 10:08

TANAP-ın Mərmərənin dibi ilə keçən hissəsinin tikintisinə start verilib

25 Sentyabr 2017 10:07

Fariz Nəcəfov: “Kim günhkardısa, ciddi şəkildə cəzalanacaq”

25 Sentyabr 2017 10:07

48 yaşlı kişi özünü turnikdən asdı - BAKIDA

25 Sentyabr 2017 10:04

AZƏRBAYCANLI müğənniyə AĞIR İTKİ

25 Sentyabr 2017 10:03

Donald Tramp daha üç ölkənin vətəndaşlarına ABŞ-a girişi qadağan edib

25 Sentyabr 2017 10:02

Zaqatala meşəsində baş verən yanğın söndürülüb

25 Sentyabr 2017 10:02

Millimizdə yeni futbolçu

25 Sentyabr 2017 09:57

BAKI: 695 bal toplayan tələbə bu ixtisası seçdi

25 Sentyabr 2017 09:56

Heydər Əliyev Sarayında "Məşhurlar və övladları"

25 Sentyabr 2017 09:54

Zavodda GÜCLÜ PARTLAYIŞ: 8 ölü, 30 yaralı

25 Sentyabr 2017 09:53

Bakıda 48 yaşlı kişi intihar edib

25 Sentyabr 2017 09:52

VALYUTA MƏZƏNNƏLƏRİ

25 Sentyabr 2017 09:48

İraqda sığınacaqda saxlanılan azərbaycanlı uşaqlardan birinin qohumları tapıldı - FOTO

25 Sentyabr 2017 09:48

Adriana Limanın yəhudi əsilli sevgilisi PİS VƏZİYYƏTDƏ QALDI - FOTO

25 Sentyabr 2017 09:48

Payız zövqünüzü bizimlə yeniləyin

25 Sentyabr 2017 09:47

Zaqatalada meşə yanğını söndürülüb

25 Sentyabr 2017 09:44

Azərbaycan akademik avarçəkəni dünya çempionatında mübarizəyə başlayıb

25 Sentyabr 2017 09:42

Cəbhədən son məlumat

25 Sentyabr 2017 09:41

Arda Turan sevgilisindən yenə ayrıldı - FOTO

25 Sentyabr 2017 09:39

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

25 Sentyabr 2017 09:38

Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib

25 Sentyabr 2017 09:37

Ramin Musayev: "Kişi kişini vurar da…"

25 Sentyabr 2017 09:37

Atəşkəs 148 dəfə pozulub

25 Sentyabr 2017 09:34

Tuba Büyüküstünün eks-ərindən ŞOK AÇIQLAMA: “Onun sevgilisi var deyə…”

25 Sentyabr 2017 09:33

Dünya birjalarında neft

25 Sentyabr 2017 09:31

Tarixi referendum başladı – KÜRDÜSTAN MÜSTƏQİL OLUR

25 Sentyabr 2017 09:29

Aydın Əliyev Ağdamda qəbul keçirəcək

25 Sentyabr 2017 09:28

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.09.2017)

25 Sentyabr 2017 09:27

AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsinin müzakirə edəcək

25 Sentyabr 2017 09:27

Erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozub

25 Sentyabr 2017 09:27

Mərkəzi Bank günün məzənnəsini

25 Sentyabr 2017 09:27

11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi

25 Sentyabr 2017 09:24

Tikintidə İNANILMAZ qəza: Dəmir qarnından girib başından çıxdı -VİDEO

25 Sentyabr 2017 09:23

"Yaxşı ki atama oxşamamışam" - məşhur müğənninin oğlu

25 Sentyabr 2017 09:19

Neft ucuzlaşdı

25 Sentyabr 2017 09:18

Sentyabrda necə geyinək?

25 Sentyabr 2017 09:14

Cüdoçularımız Avropa çempionatından 5 medalla qayıdır - FOTOLENT

25 Sentyabr 2017 09:09

Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı

25 Sentyabr 2017 09:07

ABŞ-da həbsxanada qiyam - Ölən və yaralananlar var

25 Sentyabr 2017 09:03