Erməni futbolçu "Beşiktaş"dan ayrılır

Erməni futbolçu "Beşiktaş"dan ayrılır
15:32 8 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Ermənistan millisinin üzvü Araz Ozbiliz "Beşiktaş"ı tərk etməyə hazırlaşır. 26 yaşlı yarımmüdafiəçi qışda Rusiyanın "Terek" kluba keçməyi planlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb Ozbilizin "Beşiktaş"da oynamaq şansı əldə edə bilməməsidir. Erməni futbolçu sadəcə bir matçda - açılış turunda "Antalyaspor"a qarşı forma geyinib.

Qeyd edək ki, Moskva "Spartak"ından transfer edilən futbolçu, ötən mövsüm icarə əsasında İspaniyanın "Rayo Vallekano" klubunda çıxış edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR