Qətərin kral ailəsi "Deutsche Bank"da payını artırmaq istəyir

Qətərin kral ailəsi "Deutsche Bank"da payını artırmaq istəyir
15:37 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Qətər Əmirliyinin kral ailəsi Almaniyanın "Deutsche Bank"ındakı payını 25%-ə çatdırmaq imkanlarını araşdırır. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Qətərin keçmiş baş naziri Hamad bin Casem əl Tani Bankda olan payını artırmaq istədiyini bildirib. Lakin bununla bağlı hələ yekun qərar qebul olunmayıb. Xatırldaq ki, Qətərin kral ailəsi ilk dəfə "Deutsche Bank"ın səhmlərini 2014-cü ildə alıb. Hazırda onlar 10%-ə yaxın payla Bankın ən iri səhmdarındandır.
Xatırladaq ki, hazırda ABŞ Ədliyyə Nazirliyi tərəfindən "Deutsche Bank"a qarşı 14 mlrd. ABŞ dolları həcmində kompensasiya tələbi ilə iddia qaldırılıb. Buna səbəb Bankın şişirdilmiş hesabatları səbəbindən ABŞ-da yaranan maliyyə böhranıdır. Çətin maliyyə vəziyyətində olan Bank Almaniya hökumətinin dəstəyindən istifadə etməməklə mövcud situasiyadan xarici investorların köməyi ilə çıxmağı planlaşdırır. Belə ki, Avropa Mərkəzi Bankı (ECB) Avrozonada yerləşən kommersiya banklarına çətin maliyyə vəziyyətində kömək etmək prinsipini qəbul etmir və bankları maliyyə normativlərinə riayət etməyə çağırır.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun investisiya aktivlərində 180 mln. dollar həcmində "Deutsche Bank"ın istiqrazları var.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/qeterin-kral-ailesi-deutsche-bank-da-payini-artirmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR