Ukrayna millisi də Azərbaycanda final mərhələsində oynayacaq

Ukrayna millisi də Azərbaycanda final mərhələsində oynayacaq
15:47 8 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-də iştirak edəcək daha 1 komanda müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu hüquqa Ukrayna millisi yiyələnib.

Onlar III mərhələdə İspaniyadan güclü olublar. Belə ki, evdə 2:3 hesabı ilə uduzan ukraynalılar səfərdə rəqiblərinin hələ zəif olduğunu sübut ediblər. Onlar ispanlara 3:1 hesabı ilə qalib gəlməklə, final mərhələsinə yüksəliblər.
 
Beləliklə, yarışda mübarizə aparacaq 16 komandadan 15-i məlumdur. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları - Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk "beşlik"də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdır. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda hələlik Çexiya və Ukrayna qoşuldular.
 
Son iştirakçının adına isə III mərhələnin son oyunundan sonra aydınlıq gələcək. Pley-offda Rumıniya Macarıstanla Avropa çempionatı uğrunda mübarizəni davam etdirir.
 
Qeyd edək ki, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları - yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR