İkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?

İkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?
16:05 8 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Səudiyyə Ərəbistanı hökuməti tərəfindən həcc və ümrə ziyarətlərinə ikinci dəfə və ya təkrar gedən şəxslərdən 530 dollar əlavə vəsait alınacağı məsələsinə münasibət bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev "Report"a deyib ki, bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı hökuməti tərəfindən onlara rəsmi məlumat daxil olmayıb: "Onlar həcc və ümrə ziyarətinə təkrar gedən insanlardan əlavə vəsaitin alınmasını nəzərdə tutan layihə hazırlayıblar, amma hələ təsdiq olunmayıb. Təsdiq olunacağı inandırıcı deyil. Çünki bu addım Səudiyyə Ərəbistanının özünə zərərdir".
H.Babayev onu da bildirib ki, bu il Azərbaycandan həccə gedən zəvvarların təxminən 10 faizi təkrar ziyarət edənlər olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR