"Qəbələ"də yeni futbolçular

"Qəbələ"də yeni futbolçular
16:07 8 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ” hazırlıqlara start verib. Fanat.Az xəbər verir ki, Premyer Liqanın oktyabrın 2-də keçirilən "Qarabağ”la ev oyunundan (2:0) sonra 4 günlük istirahətə buraxılan "qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib. 


Günün ikinci yarısında baş tutan məşq prosesi fiziki hazırlıqdan ibarət olub. Məşqdə yalnız milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. 


Baş məşqçi Roman Qriqorçuk məşqlərə əvəzedici heyətin iki futbolçusunu da cəlb edib. Belə ki, 19 yaşlı yarımmüdafiəçi Tural Məmmərzayev və 18 yaşlı müdafiəçi Xəyal Əmirli də əsas komanda ilə məşqlərə qatılıb. "Qırmızı-qaralar” növbəti məşqini sabah reallaşdıracaq. Komanda meydanda toplu çalışmalarla məşq edəcək.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotd-yeni-futbolcular-t53185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR