Əməkdar artistdən ETİRAF : “Bundan xilas olmaq istəyirəm” - FOTOLAR

Əməkdar artistdən ETİRAF : “Bundan xilas olmaq istəyirəm” - FOTOLAR
16:43 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Nigar İbrahimova balet artisti üçün vacib olan bir çox yüksək göstəricilərə - gözəl xarici görkəm, yüksək texnika və artistizm, temperament, nadir plastika və s. malikdir. Heç bir mübaliğəyə yol vermədən demək istəyirəm ki, hazırda o, klassik balet sənətinin ən parlaq ulduzlarından biri sayıla bilər”.

İnkişaf etmiş klassik balet ənənələrinə malik olan Belorus Opera və Balet teatrında “Jizel” baletində çıxış etdiyi zaman tərəf müqabili, Xalq artisti İqor Artamonov onun sənətinə qiymət verərkən belə deyib. Söhbət Akademik Opera və Balet Teatrının əməkdar artisti, prezident mükafatçısı Nigar İbrahimovadan gedir. Milli balet sənətininin ən gənc simalarından olan Nigar 2004-cü ildən Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında çalışır.

Turuppanın aparıcı solisti kimi “Yeddi gözəl”, “Min bir gecə”, "Don Kixot”, “Jizel”, “Paxita”, “Şelkunçik”, “Qu gölü” kimi bir çox tamaşalarda böyük uğurla çıxış edir. Dəfələrlə ölkəmizi Türkiyə, Rusiya, Belorus, Fransa, Qırğızıstan və başqa ölkələrdə uğurla təmsil edib. İstedadlı aktrisanın ən böyük uğurlarından biri də ötən ilin sentyabrında Moskvada Kreml sarayında balet artistlərinin Rusiya və Avropadan olan beynəlmiləl heyətinin tərkibində F.Əmirovun “Min bir gecə” baletinin tamaşasında Şəhrizad rolunu ifa etməsidir.

İstedadlı balerinanın Publika.az-a müsahibəsini təqdim edirik.

- Nigar, səhnə fəaliyyətiniz barədə kifayət qədər məlumatlıyıq, amma sizi o qədər də yaxından tanımırıq. Biraz özünüzdən danışın…

- İlk dəfə altı yaşım olanda anam məni balet məktəbinə aparıb. Həmin vaxtdan bu sənəti sevməyə başladım. 2004-cü ildə Bakı Xoreoqrafiya məktəbini, 2008-ci ildə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsini bitirdim. 2002-ci ildən də indiyə qədər Teatrın balet truppasında çalışıram.

- Bu sənətin bildiyimiz qədər pərdəarxası ağırlıqları da olur…

- Bizim sənət elədir ki, balerinanın vaxtının çoxu zalda, məşqlərdə keçir. Həddən artıq zəhmət və enerji tələb edir. Bu sənəti sevən çətinliklərinə də dözməlidir.

- Balerina üçün yaş məhdudiyyəti varmı? Doğrudurmu ki, balerina 36 yaşda bu sənətlə vidalaşmalıdır?

- Yox, əslində bu, insanın fiziologiyasından asılıdır. Elə balerina var ki, 40-42 yaşı var, amma hələ də səhnədədir.

- Saatlarla ayaqlar üzərində dayanmaq səhhətə ziyan vurmur ki?

- İdmanda olduğu kimi bizim sənətdə də müəyyən zədələr olur. Biz bunu çalışırıq tamaşaçıdan gizlədək. Biz balerinalar arasında belə bir deyim var ki, balet artistinin həmişə harasısa ağrımalıdır. Əgər ağrımırsa, demək nəsə normal deyil.

- Həmişə plastikanınızı qorumaq, zərif qalmaq üçün bəs neynirsiz?

- Balet artisti plastik olmalıdır, əks halda, bu sənətlə məşğul olmaq mümkün deyil. Bunun üçün çəkimizi normal saxlamalıyıq. Məşq zamanı enerji itiririk. Amma qidalanmağımıza da fikir veririrk. Artıq çəki olanda tərəf müqabili üçün də çətin olur. Saat yarım səhnədə həm emosional, həm fiziki cəhətdən rahat olmalısan. Bunun üçün də çəkini nəzarətdə saxlayırıq.

- Mütləq rəqəm varmı, tutalım, balerina hansısa çəkidə olmalıdır.

- Bəli. Boyla çəki arasındakı fərq 23 olmalıdır.

- Sizdə necədir?

- Boyum 1.70-dir, çəkim 44. Hərdən 45 kilo oluram.

- Yəqin çəki almaqdan dəhşət qorxursunuz?

- Hər halda, özümə nəzarət etmək borcumdur. Buna görə də axşamlar çox yemirəm. Yağlı, şirin yeməklərdən qaçıram. Baxmayaraq ki, mən şirniyyatı çox sevirəm.

- Gəncsiniz, günün çox hissəsini məşqlərdə keçirirsiniz. Həmyaşıdlarınızın əyləncə məkanlarında vaxt keçirdiyini düşünəndə qısqanmırsınız?

- Bu peşəni seçirsənsə, bunları gözə almalısan.

- Maraqlıdır, necə əylənirsiniz, istirahətinizi necə keçirirsiniz?

- Kinoya gedirəm, kitab oxuyuram...

- Hansı yazıçıları mütaliə edirsiniz?

- Klassik ədəbiyyatı çox sevirəm.

- Məsələn, kimləri?

- Balzak, Kamyu, Stendal…

- Bəs Azərbaycan yazıçılarından?

- Nizami Gəncəvi. Yeri gəlmişkən, N.Gəncəvininin “Yeddi gözəl” baletində çıxış edirəm.

- Gənc yazarlardan kimləri tanıyırsan?

- Açığı tanımıram.

- Son oxuduğunuz kitab hansıdır?

- Frans Kafkanın “Proses” əsərinə başlamışam.

- Sosial şəbəkədə necə, vaxt keçirməyi xoşlayırsınız?

- "Facebook"da da varam, “İnstagram”da da. Amma o qədər də fəal deyiləm.

- Sevgi mesajları alırsınız?

- Yox, daha çox tamaşaçı kimi heyranlıqlarını bildirirlər.

- Evdə hərdən demirlər ki, arada şəxsi həyatını da düşün, ailə qurmaq lazımdır?

- İkinci yarı gərək tapasan. Hansı ki, o səni sənətinlə bərabər qəbul etməlidir.

- Hansı xüsusiyyətlər mütləq onda olmalıdır?

- Birinci növbədə məni sevsin və sənətimi dəyərləndirsin.

- Bəs vizual görünüş?

- Mənim üçün əsas xarakterdir, bir-birimizi anlayaq.

- Bəzi həmyaşıdın olan qızlar sosial şəbəkələrin sevgi hissini azaltdığını düşünürlər, bəs siz?

- Hardasa onlarla razıyam. Mən hələ ki, sevdiyim insana rast gəlməmişəm, gəlsəm, məmnuniyyətlə, onunla ailə quraram.

- Çox utancaqsınız. Şəkillər çəkərkən fotomüxbirimiz Elçin xeyli əziyyət çəkməli oldu… Mənə çox qəribə gəldi, belə utancaq xanım elə məşhur baletlərdə necə çıxış edir?

- Təbiət etibari ilə utancağam. Amma real həyatda beləyəm, səhnədə yox. Əslində, bu kompleksdən xilas olmaq istəyirəm. Çünki utancaq olmayan insanlar üçün ünsiyyət daha rahat olur.

- Görürəm, sözləri sanki kəlbətinlə çıxarıram…

- Azdanışanam.

- Şou-biznes aləmində baş verənləri izləyirsiniz?

- Çox az. Açığı televizora baxmıram, çünki çox az vaxtım olur.

- Maraqlıdır, hansı müğənniləri dinləyirsiniz?

- Milli və eyni zamanda klassik musiqiləri bəyənirəm. Rəşid Behbudov, Müslüm Moqamayev…

- Bəs müasirlərdən?

- Əslində, müasirlik də olmalıdır, amma mən demək olar ki, onları dinləmirəm.

- Bəs dünya ulduzları, onları da dinləmirsiniz?

- Məsələn, Rihanna maraqlı ifaçıdır, amma xüsusi maraq göstərdiyim müğənnilər yoxdur.

- Ən çox nəyə pul xərcləməyi xoşlayırsınız?

- Səyahətlərə, bir də geyimlərə.

- Geyimdə hansı üslubda özünüzü daha rahat hiss edirsiniz?

- Klassik üslubu sevirəm, amma rahatlıq baxımından idman üslubundan da istifadə edirəm. Bütünlüklə klassika ruhuma daha yaxındır. Həm musiqi, həm geyim tərzi və digər sahələrdə. Bəlkə də bu, çalışdığım sənətlə əlaqəlidir.

- Brend önəmlidir sizin üçün?

- Nə yaraşır, o önəmlidir. Stil əslində puldan asılı deyil. Burda zövq önəm daşıyır.

- Qarderobunuzda ən ucuz və ən bahalı paltarınızın qiymətini söyləyərdiniz?

- Yox, istəməzdim, utanıram deməyə.

- Elə bir xüsusiyyətiniz varmı ki, ondan xilas olmaq istəyirsiniz?

- Tez hirslənirəm. İnsan gərək öz üzərində işləsin ki, istədiyi kimi olsun.

- Ev işləri, mətbəxlə araınız necədir?

- Xoşlayıram.

- Ən dadlı bişirdiyiniz yemək hansıdır?

- Şirniyyatlar hazırlamağı bacarıram.

- Qarşıda hansı yaradıcılıq yenilikləriniz var?

- Oktyabrın 15-də “Yeddi gözəl” baletində çıxış edəcəm.

- Hansı obraz ruhunuza daha yaxındır?

- Hərəsində özümə bir bənzərlik görürəm.

- Sənətinizlə bağlı qorxularınız var?

- Bəlkə də sizə qəribə gələcək, amma əslində, mən heç nədən qorxmuram. Hesab edirəm ki, nə olmalıdırsa, olacaq. Alın yazısına inanıram. Onsuz da, qorxsaq da, qorxmasaq da, nə olursa, olur, heç nə bizdən asılı deyil.

Cəvahir

Foto: Elçin Murad














RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

20 Sentyabr 2017 08:04

Döymə sənətində YENI TREND: Venesiya və Viktoriya mədəniyyəti bir arada - FOTOLAR

20 Sentyabr 2017 08:03

Biləsuvarda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

20 Sentyabr 2017 08:02

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

20 Sentyabr 2017 07:47

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

20 Sentyabr 2017 07:44

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 Sentyabr 2017 07:03

Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb

20 Sentyabr 2017 06:47

Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı

20 Sentyabr 2017 06:24

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02

Bakıda orta yaşlı kişi məhkəmə binası qarşısında döyülüb

20 Sentyabr 2017 04:52

Eks sevgilisi aktyordan 1 milyon tələb edir

20 Sentyabr 2017 04:49

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44

Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - FOTO

20 Sentyabr 2017 03:38

İlham Əliyev ABŞ Prezidenti və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 03:27

Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"

20 Sentyabr 2017 03:22

Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

20 Sentyabr 2017 03:12

Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"

20 Sentyabr 2017 02:59

Tovuzda 4 otaqlı ev yandı

20 Sentyabr 2017 02:38

Messi "Barselona" - "Eybar" matçında poker edib

20 Sentyabr 2017 02:37

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48