Göygöldə evə basqın edilib, 5 nəfər döyülüb, xeyli miqdarda pul və qızıl-zinət əşyaları aparılıb

14:12 5 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 14:07 ]

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda maskalı şəxslər evə hücum edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üç bulaq adlanan otlaq sahəsində yerləşən evdə baş verib. 3 nəfər maskalı şəxs 43 yaşlı Alışanov İsa Sovet oğluna məxsus evə daxil olaraq ev sahibini, onun anası Əsli Alışanovanı və bacıları Matat, Könül və Gülnisənı döyərək bədən xəsarətləri yetirdikdən sonra evdə olan 60 min manata kimi nağd pulu və 15 min manat dəyərində olan qızıl-zinət əşyalarını aparıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan İsa Alışanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR