"Mehmetcik" İŞİD-in 82 obyektinin məhv etdi

"Mehmetcik" İŞİD-in 82 obyektinin məhv etdi
17:22 8 Oktyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə ordusu "Fərat qalxanı" əməliyyatının gedişində İŞİD qruplaşmasının Suriyanın şimalında yerləşən mövqelərinə 268 zərbə endirərək 82 obyekti məhv edib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, endirilən zərbələr nəticəsində 14 bina, o cümlədən qruplaşmanın komanda məntəqələri, silah-sursat anbarları və atəş mövqeləri dağıdılıb. Yerüstü hərbi əməliyyatların gedişində Azad Suriya Ordusunun 2 döyüşçüsü həlak olub, 9-u isə yaralanıb. Türkiyə əsgərləri arasında itki yoxdur.

"Fərat qalxanı" əməliyyatının başladığı vaxtdan indiyədək ümumilikdə 119 yaşayış məntəqəsi yaraqlılardan təmizlənib, 1010 kvadratkilometr ərazi Azad Suriya Ordusunun nəzarəti altına keçib.

Xatırladaq ki, "Fərat qalxanı" əməliyyatı avqustun 24-də başlayıb və türk hərbçilərinin köməyi ilə Azad Suriya Ordusu Cerablusu 8 saat ərzində azad etməyə nail olub. Türkiyənin dəstəklədiyi müxalifət qüvvələri Cerablus və Azaz arasındakı 90 kilometrlik ərazini İŞİD terrorçularından azad edib və hazırda cənub istiqamətində irəliləyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, əməliyyatın məqsədi sərhəd zonasındakı 5 min kvadratkilometr ərazini yaraqlılardan təmizləyərək orada qaçqınları yerləşdirmək üçün təhlükəsizlik zonası yaratmaqdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR