Almaniyada TERROR HƏYƏCANI

Almaniyada TERROR HƏYƏCANI
17:23 8 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın şərqindəki Saksoniya əyalətində böyük terror həyəcanı yaşanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror həyəcanı ilə əlaqədar Almaniya polisi və təhlükəsizlik qüvvələri səfərbər olunub.

Təhlükəsizlik qüvvələri Almaniyanın Çemnits bölgəsində terror aktı planlaşdırmaqda şübhəli bilinən evə hücum təşkil edərək, xüsusi əməliyyat keçirib.

Əməliyyatdan əvvəl isə yaxınlıqda yerləşən evdə partlayış baş verib. Polis ətraf ərazilərə giriş-çıxışı məhdudlaşdırıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR