"Gilan Holding" iş axtaranlar üçün seminar təşkil edib - REPORTAJ

"Gilan Holding" iş axtaranlar üçün seminar təşkil edib -  REPORTAJ
17:49 8 Oktyabr 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ekspo Mərkəzində "Gilan Holding"in işə qəbul üzrə mütəxəssisi Vüsal Muradov iş axtaranlar üçün seminarı təşkil edib. APA TV-nin məlumatına görə, çox sayda iştirakçının qatıldığı seminarda effektiv CV yazılması qaydaları, işə qəbul zamanı düzgün strategiya qurmaq, müsahibəyə hazırlıq barədə ətraflı məlumat verilib. Vüsal Muradov öz təcrübəsini iştirakçılarla bölüşüb, onlara məsləhətlər verib. İştirakçılar öz növbəsində təlimçiyə onları maraqlandıran sualları ünvanlayıblar.

 

“Dünəndən etibarən ölkənin ən böyük karyera və təhsil sərgisi keçirilir. Biz də ölkənin ən böyük işə qəbul potensialı olan şirkəti olaraq sərgidə iştirak edirik. Sərgidə müxtəlif vakansiyalarla təmsil olunuruq. Əlavə olaraq, seminar keçiririk. Seminarı əhatə edən mövzular iş axtaranları maraqlandıran mövzulardır. CV hazırlanması, müsahibələrdə iştirak, işəgötürənlərin potensial tələbləri, xüsusilə, "Gilan Holding"in namizədlərdən tələbləri nədir, hansı qaydalar çərçivəsində işə qəbul keçirilir, "Gilan Holding"ə necə müraciət etmək olar və s.”.

 

"Gilan Holding" 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkətin fəaliyyəti inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları sektorlarını əhatə edir. Fəaliyyət dairəsinin geniş olması holdinqdə çalışmaq istəyənlərin də sayına əhəmiyyətli dərəcədə təsir göstərir. Bunu Bakı Ekspo Mərkəzində şirkətin stendi qarşısındakı sıxlıqdan da aydın görmək olar. "Gilan Holding"də çalışmaq istəyənlər arasında ali məktəbi yeni bitirənlər, təcrübəsi olanlar, hətta xarici vətəndaşlar da var.

 

“İxtisasım mühəndis iqtisadiyyatıdır. Kooperasiya Universitetini bitirmişəm. Konkret bir şey axtarmıram. Yəni, özümə, təcrübəmə uyğun iş olsa, dəyərləndirərəm. Qabaqcıl şirkətdə işləmək yaxşı olar. Hər dəfə "Gilan Holding"lə maraqlanıram. Çünki bu şirkəti Azərbaycanda qabaqcıl şirkət kimi görürəm. Düşünürəm ki, əmək haqqı da yüksək olar”.

 

“Gilan Holding"in stendindən aldığım məlumata görə, onlar xarici müəllimlərin iştirakı ilə müəllimlərin inkişafı üçün konfrans təşkil ediblər. Maraqlandım. Bu konfransda iştirak edib, bəhrələnmək istərdim”.

 

“25 yaşım var. Yenicə məzun olmuşam. Türkiyədə 9 Eylül Universitetini bitirmişəm. Elektrik mühəndisliyi ixtisası üzrə təhsil almışam. Burada karyera imkanlarını nəzərdən keçirirəm. İnternetdə "Gilan Holding"in saytında qeydiyyatdan keçmişəm. Böyük holdinq olduğu üçün orada çalışmaqdan məmnun olaram. Artıq CV-mi vermişəm”

 

“Bakı Slavyan Universitetini bitirmişəm. 1 illik təcrübəm var, ofis meneceri işləmişəm. Hal-hazırda işsizəm. Ona görə burdayam. Müraciət elədim, maraqlandım. CV də göndərəcəyəm”.

 

“Macarıstanda Budapeşt Beynəlxalq Biznes Universitetini bitirmişəm. İnsan resurslarının idarə olunması üzrə magistr dərəcəsi almışam. "Gilan Holdinq"in stendinə yaxınlaşdım. Məlumat verildi ki, insan resurslarının idarə olunması ilə bağlı vakansiya var. Düşünürəm ki, o vakansiyada özümü sınayacağam”.

 

“Belarusdan gəlmişəm. Belarus Dövlət Universitetini bitirmişəm. Böyük Britaniyada magistr dərəcəsi almışam. Azərbaycanda yaşamaq və işləmək istəyirəm. "Gilan Holding" genişmiqyaslı fəaliyyəti ilə tanınır. İstərdim ki, bu cür şirkətdə işləmək şansı qazanım”.

 

“2 ilə yaxın orta məktəbdə ingilis dili müəllimi işləmişəm. Hal-hazırda işsizəm. İxtisasım üzrə iş axtarıram. "Gilan Holding"ə daxil Avropa Azərbaycan məktəbində fəaliyyət göstərmək istəyirəm. Məsləhətlər verildi. Mən də dəyərləndirəcəyəm”.

 

Qeyd edək ki, "Gilan Holding" namizədlər üçün təcrübə proqramları da təklif edir. 3-6 ay ərzində davam edən proqram ödənişlidir. Müraciət edənlər təcrübə keçdikləri dövrdə müəyyən miqdarda əmək haqqı da alırlar.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR