"Neftçi" yenə "Sumqayıt"a uduzdu

"Neftçi" yenə "Sumqayıt"a uduzdu
18:07 8 Oktyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandanın oyunlarına görə Premyer Liqada yaranmış fasilədən yararlanan "Sumqayıt" və "Neftçi" yoxlama oyunu keçirib.


Fanat.Az xəbər verir ki, Sumqayıtda baş tutan oyunda meydan sahibləri qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna 84-cü dəqiqədə Süleyman Əhmədov imza atıb.


Qeyd edək ki, matçı "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev canlı izləyib.


Onu da qeyd edək ki, "Neftçi" Premyer Liqanın VI turunda "Sumqayıt"la qarşılaşmış və 1:2 hesabı ilə yenilmişdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-yen-quotsumqaytquota-uduzdu-t53191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR