Zabit Səmədov: "Yemelyanenko bunu bilmir"

Zabit Səmədov: "Yemelyanenko bunu bilmir"
18:47 8 Oktyabr 2016
115 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı idmançı Zabit Səmədov oktyabrın 4-də Qroznıda keçirilən MMA turnirində uşaq döyüşlərinin keçirilməsini qınayan Fyodor Yemelyanenkonun şərhinə fikir bildirib.  Sportfm.az xəbər verir ki, Zabit Səmədov "Instagram" sosial şəbəkəsində Qroznıda müxtəlif turnirlərin keçirilməsinin təşəbbüskarı olan Çeçenistan prezidenti Ramzan Kadırovun müdafiəsinə qalxıb.  

"Dostlar! Mənim üçün Rusiya MMA İttifaqının prezidenti Fyodr Yemelyanenkonun "GRAND-PRIX AKHMAT 2016"da uşaq döyüşlərinə dair qınağı anlaşılmazdır. Heç kim üçün sirr deyil ki, döyüş sənətinin fəlsəfəsi həyat prinsiplərinin və iradənin formalaşmasına yönəlib. Uşaqlar üçün bu idman ruhunda tərbiyəyə yaxşı imkandır. Yemelyanenko bunu bilmir və bizim Qafqaz uşaqlarından danışdığımızı nəzərə almır. Burada kişilər məhz belə boya-başa çatırlar. Tailandda, məsələn, uşaqlar muay-tayı 5 yaşından öyrənirlər. Mən idmanla 9 yaşımdan məşğul olmağa başlamışam, 10 yaşımdan isə artıq yarışlarda iştirak edirəm. Bugünkü uğurlarım uşaqlıqdan çəkdiyim əməyin nəticəsidir".  

Fyodor Yemelyanenkonun bəyanatından sonra, rusiyalı idmançılar və rəsmi simalar iki düşərgəyə ayrılıblar: Fyodoru dəstəkləyən və onu qınayanlar. Çeçenistanın qarışıq döyüş növləri üzrə idmançıları Yemelyanenkonu "xoruz" adlandırıblar.
Qeyd edək ki, son turnirdə Çeçenistanın birinci prezidenti, Rusiya qəhrəmanı Əhməd-Hacı Kadırovun nəvələri Əhməd, Əli və Adəm iştirak edirdilər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR