Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı

Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı
18:56 8 Oktyabr 2016
274 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda yol polisi tərəfindən cərimə meydançasına aparılan yarım milyonluq “Lamborghini” markalı avtomobillə bağlı rəsmi məlumat verilib.

Axşam.az-ın məlumatına görə, Bakı şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında qeyd olunan avtomobilin bu gün cərimə meydançasından buraxıldığını bildirib:

“Həmin avtomobil və onu idarə edən həmyerlimiz 26 iyul 2016-ci ildə Birləşmiş Ərəb Əmirliyindən ölkəmizə gəlib. Avtomobilin saxlanılmasına səbəb nəqliyyat vasitəsinin, həmçinin sürücünün uçot-qeydiyyat tələblərini pozmasıdır. Belə ki, sürücü və avtomobil Azərbaycanda yaşayacağı ərazi üzrə qeydiyyata düşməyib.

Saxlanılarkən sürücüyə hüquq və vəzifələri izah edilib. Qanunverciliyin tələbləri üzrə müvafiq qaydada tədbir görülüb, bu gün isə həmin avtomobil qanunun tələbləri yerinə yetirildikdən sonra cərimə meydançasından buraxılıb”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR