“Süpürgəpulu” əvəzinə 150 süpürgə - Bərdədə qəribə hadisə

“Süpürgəpulu” əvəzinə 150 süpürgə - Bərdədə qəribə hadisə
19:21 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Facebook” sosial şəbəkəsində Bərdədəki məktəblərdən biri ilə bağlı maraqlı məlumat paylaşılıb.

1news.az modern.az-a istinadən xəbər verir ki, rayonun Hacallı kəndindəki orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyni “süpürgəpulu” tələbinə qarşı original addım atıb.

Belə ki, ata övladının “məktəbdə yenə “süpürgəpulu” istəyirlər” sözlərindən sonra problemi necə deyərlər, “kökündən həll etmək” qərarına gəlib. Dəfələrlə məktəbə “süpürgəpulu” yollayan ata bu dəfə 150 ədəd süpürgə alaraq, təhsil müəssisəsinə göndərib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR