Quranda adı çəkilən Rəss qövmünün Azərbaycanla əlaqəsi varmı?

Quranda adı çəkilən Rəss qövmünün Azərbaycanla əlaqəsi varmı?
19:22 8 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Quranda iki ayədə Rəss qövmünü adı çəkilir: Fürqan, 38 və Qaf, 12. Bu ayələrdə Rəss əhli barədə konkret bilik verilmədiyi üçün onların harada yaşadığı və hansı peyğəmbərin qövmü olduğu barədə məlumatlar da fərqlidir. Bəzi təfsirçilərin fikrincə "Rəss" sözü Ərəs, yəni Araz çayının adından götürülüb; çünki bu qövm Araz çayının sahilində yaşayırmış.

Milli.Az islam.az-a istinadən bildirir ki, "Biharül-ənvar"da verilmiş hədislərdə və onların şərhində əshabür-Rəssin məhz Azərbaycan ərazisində yaşadığı barədə qeydlərə dönə-dönə rast gəlirik. Məsələn, "Təfsiri-Qummi"yə istinadən yazılıb: "Rəss Azərbaycan bölgəsində bir çaydır" (Biharül-ənvar, XIV, 153). Bu məzmunda İmam Musa Kazimdən (ə) də hədis rəvayət edilib (Biharül-ənvar, XIV, 154). Məşhur coğrafiyaşünas Yaqut Həməvi də "Möcəmül-buldan" kitabında Rəss qövmünün Azərbaycanda yaşadığını qeyd edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR