Rövnəq Abdullayev: "Şamaxının kəndlərinin bütün infrastrukturu..."

Rövnəq Abdullayev: "Şamaxının kəndlərinin bütün infrastrukturu..."
19:23 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün Şamaxı rayonunun Dəmirçi kəndinədə, eyni adlı çayın üzərində tikilmiş körpünün açılış mərasimi keçirilib.

SOCAR-dan Publika-az-a verilən məlumata görə, açılış mərasimində adıçəkilən şirkətin prezidenti Rövnəq Abdullayev, ''BP-Azerbaijan'' şirkətinin prezidenti Qordon Birrell, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Dəmirçi çayı üzərində tikilmiş körpü ümumi əhalisi 1 000 nəfərə qədər olan 3 kəndi Şamaxı rayonunun mərkəzi ilə əlaqələndirəcək.

Kənd sakinləri qarşısında çıxış edən R.Abdullayev deyib ki, körpünün inşası prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilib: "İnfrastrukturun yeniləşməsi nəticəsində tezliklə sizin kəndlər də gözəlləşəcək. Hətta, Lahıcı da ötüb keçəcək. Bundan sonra kəndinizə turistlər daha da çox gələcək".

SOCAR prezidenti daha sonra vurğulayıb ki, dövlət başçısının göstərişi ilə Şamaxı rayonunun kəndlərinin bütün infrastrukturu yenilənəcək, bütün evlərin dam ortüyü, darvazaları, elektrik və qaz xətləri yenilənəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/171454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR