Xristianlara hücum edən Məhəmməd ölüm cəzası aldı

Xristianlara hücum edən Məhəmməd ölüm cəzası aldı
19:37 8 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Qahirə məhkəməsi yerli "Zeytun" terror özəyinin bir üzvünün ölüm, daha 19 üzvünün müxtəlif müddətə həbs cəzalarına məhkum edilməsi haqqında hökm çıxarıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Məhəmməd Fəhim ölüm cəzasına, səkkiz nəfər ömürlük həbs cəzasına məhkum edilib. Qalan on bir terrorçunun hər biri 10 il ciddi rejimli koloniyada cəza çəkəcək.

Cinayətkar özəyin üzvləri xristian qipti icmasının ən azı dörd nümayəndəsinin qətlində və xarici turistlərə qarşı terror aktları planlaşdırmaqda ittiham olunurdular.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR