Gürcüstan seçir: milyarder yoxsa mühacir?

Gürcüstan seçir: milyarder yoxsa mühacir?
19:42 8 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Şənbə günü səhər saat 8-dən seçki məntəqələrinə gələnlər 4 il fəaliyyət göstərəcək 150 yerlik parlamentin üzvlərini seçirlər.
Seçkidə 3 milyon yarımdan artıq adam iştirak edə bilər. Gürcüstan xaricində səsvermə 40 ölkədə təşkil olunub. Qanunverici orqana seçkilərdə 25 seçki subyekti, 19 partiya və 6 seçki bloku iştirak edir.

Milli.Az BBC-yə istinadən bildirir ki, ekspertlərə əsasən seçkilərin nəticələrini proqnoz etmək çətindir. Beləki, elektoratın əhəmiyyətli hissəsinin siyasi rəğbəti son anadak qeyri-müəyyən qalıb.

MSK-nin spikeri Anna Mikeladze bir neçə seçki məntəqəsində səsvermə prosesinin bir qədər gecikmə ilə başlandığını deyib. Onun sözlərinə görə məntəqəyə gələn jurnalist və müşahidəçilərin sayının gözlənildiyindən artıq olmasına görə qeydiyyat prosesi ləngiyib.
Seçkilərin sonuna doğru Marneulinin Qızılhacılı kənd orta məktəbinin 48 saylı seçki məntəqəsinə polis və xüsusi təyinatlı dəstə yeridilib, hadisə yerindən jurnalist Seymur Kazımov bildirir.

Hadisə şahidləri iddia edir ki, bu dairədə seçkiləri hakim partiyanın xeyrinə saxtalaşdırmaq cəhdi qarşı tərəfin etirazlarına səbəb olub. Hadisə ardınca hər iki partiyanın tərəfdarları seçki məntəqəsinin qarşısında toplaşıb.

Bu hadisədən əvvəl, MSK dairə komissiyalarına 46 şikayətin verildiyini bildirib. Səhər saatlarında Marneuli MSK-nın katiblyi bəzi şikayət ərizələrinin daxil olduğunu bildirib. Lakin onların məzmunu barədə dəqiq məlumat yoxdur.

"Hazırda şikayətləri qəbul edirik, onları oxuyub və tanış olduqdan sonra açıqlama veriləcək," katiblikdən bildirdilər.

Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionundan olan azərbaycanlı namizədlər də seçki marafonuna qoşulub.

Yerli MSK-nın sədri Koba Asanidzenin məlumatına görə, Marneulidə 98 min seçki hüququ olan vətəndaş var. Seçki məntəqələrinin sayı isə 89-dur.
Azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda 98 min seçki hüququ olan vətəndaş var.

Səsverməni izləyən Azad Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət (ISFED) qrupunun minədək müşahadiçəsi seçkilərin ümumən sakit şəraitdə keçdiyini bidlirir.
150 yerlik parlamentə 77 nəfər proporsional, 73 nəfər isə majoritar sistem əsasında seçilir.

Seçkilər yerli vaxtla səhər saat 8-də başlanıb, axşam saat 8-də bitəcək.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR