Həzrət Muhəmməd Peyğəmbərin (s) ən böyük möcüzəsi nə olub?

Həzrət Muhəmməd Peyğəmbərin (s) ən böyük möcüzəsi nə olub?
20:22 8 Oktyabr 2016
237 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Muhəmməd Peyğəmbərin (s) mö­cüzələri çox olub. Məsələn, göydə Ayı işarə ilə bölməsi (şəqqül-qəmər), xəstələri sağaltması, cansız cisimləri dilə gətirib danışdırması, gələcəkdən xəbər verməsi və s. Amma bu möcüzələrin ən məşhuru Qurani-kərimdir. Çünki qalan möcüzələr müəyyən bir dövrün məhsulu olub və onları yalnız o zamanın adamları görüblər.

Milli.Az islam.az-a istinadən bildirir ki, Quran isə Qiyamətə kimi dəyişməz qalan əbədi möcüzədir. 14 əsrdir ki, bu kitab dil səlis­liyi, məntiqə uyğunluğu, bütün elmi kəşfləri qa­baqlaması ilə dünyanı heyrətə gətirir. Böyük ədəbiyyatçilar, şair və alimlər Quran qarşısında öz hey­ranlıqlarını gizlətmirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR