Yasa ana və oğul yol qəzasına düşdülər

Yasa ana və oğul yol qəzasına düşdülər
21:22 8 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,qəza Ələt-Astara magistral yolunun yeni çəkilən hissəsində qeydə alınıb.
Yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində maşında olan sərnişin - 1932-ci il təvəllüdlü Fərziyeva Humayə və onun oğlu - sürücü Fərziyev Xeyrulla (1950-ci il təvəllüdlü) xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Fərziyeva Humayə çoxsaylı qabırğa sınıqları və bazu sümüyünün yuxarı 1/3-də yerdəyişən qəlpəli sığı diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alana isə ambulator yardım göstərilib.
Ana və oğul Bakıdan Astara rayonuna yas mərasiminə gedirlərmiş.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR