Köçkünlərin kommunal xərcləri pul şəklində veriləcək - VİDEO

Köçkünlərin kommunal xərcləri pul şəklində veriləcək - VİDEO
21:32 8 Oktyabr 2016
380 Ölkə
Ölkə mətbuatı
A- A+

Kommunal xidmət xərcləri də yemək xərci üçün müavinətə əlavə edilərək məcburi köçkünlərə bank vasitəsi ilə çatdırılacaq.

Bu barədə prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Bu işlərin icrasına gələn ilin yanvarında başlanılacaq. Artıq təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

İqtisatçı ekspert Rəşad Həsənov deyir ki, bu qaydanın tətbiq edilməsi ilk növbədə sosial ədalətin tam təmin olunmasına səbəb olacaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, kommunal xidmət göstərən qurumlar məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə infrastrukturun yaradılmasında da maraqlı olacaqlar.

Belə olduqda da sayğacla təmin olunan məcburi köçkünlər onlar üçün ayrılan limiti keçdikdə əlavə pul ödəməli olacaqlar. Bu da həm elektrik enerjisi, həm də digər komunal xidmətlərin qənatlə istifadə edilməsinə gətirib çıxaracaq.

Bütün xərclər vahid plastik kartla ödəniləcəyi təqdirdə, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və digər obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin etməli olacaqlar. Bu isə 94 min abonent deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR