Azərbaycan millisi tarixində ilk dəfə olaraq Norveçi məğlub edib VİDEO

Azərbaycan millisi tarixində ilk dəfə olaraq Norveçi məğlub edib VİDEO
22:08 8 Oktyabr 2016
339 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Norveç matçında hesab açılıb.

Publika.az xəbər verir ki, Azərbaycan yığması oyunun 11-ci dəqiqəsində Maksim Medvedevin dəqiq zərbəsi ilə hesabda irəli çıxıb - 1:0.

Azərbaycan milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşır.

"C" qrupunda keçirilən görüş baş məşqçi Robert Prosineçkinin rəhbərlik etdiyi komanda üçün hazırkı mövqeyini qorumaq və yola uğurla davam etmək baxımından yaxşı imkan yaradır. İlk görüşdə səfərdə San Marino yığmasına qalib gələn (1:0) milli komanda ev oyunundan da qələbə ilə ayrılacağı təqdirdə ən azı qrup ikinciliyini qorumuş olacaq.

Bununla komandalar 5-ci dəfə üz-üzə gələcək. Komandalar ilk dəfə 1998-ci ildə Fransada keçirilmiş dünya çempionatının seçmə qrup mərhələsində bir-birinə rəqib olub. 1996-cı il iyunun 2-də Norveçdə baş tutmuş görüşdə meydan sahibləri böyükhesablı qələbə qazanıb - 5:0. 1997-ci il sentyabrın 6-da Bakıdakı cavab oyununda Norveç yığması 1:0 hesbalı qələbə sayəsində aktivinə 3 xal yazmağı bacarıb. Növbəti dəfə də Fransanın ev sahibliyi etdiyi turnirin seçmə mərhələsində komandaların yolları yolları kəsişib. AVRO-2016-ya gedən yolda Norveç iki oyundan 4 xal qazanıb. 2014-cü il noyabrın 16-da Norveçdə baş tutmuş görüşdə yenə meydan sahibləri minimal hesablı qələbə qazanıb - 1:0. 2015-ci il iyunun 15-də baş tutmuş cavab oyununda isə hesab açılmayıb.

Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur

20:00. Azərbaycan - Norveç

Baş hakim: Liran Liani

Yan xətt hakimləri: David Elyas Bitton, Nissan Davidi

Dördüncü hakim: Eytan Şmuelevits (hamısı İsrail)

UEFA nümayəndəsi: Çarles Şaak (Luksemburq)

Bakı. Bakı Olimpiya Stadionu

Qeyd edək ki, milli komanda növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiyaya qarşı keçirəcək.

Komandalar Oyun Q B M T-F Xal
Almaniya 1 1 0 0 3 3
AZƏRBAYCAN 1 1 0 0 1 3
Çexiya 1 0 1 0 0 1
Şimali İrlandiya 1 0 1 0 0 1
San Marino 1 0 0 1 -1 0
Norveç 1 0 0 1 -3 0










Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR