Ən yaxşı!

Ən yaxşı!
22:17 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi tarixinin ən uğurlu startına imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in ilk iki oyununda göstərdiyi nəticə ilə yığmamız tarixində ən yaxşı göstəricini rəsmiləşdirib.

Sentyabrın 4-də səfərdə San-Marinonu 1:0 hesabı ilə yenən komandamız bu gün evdə Norveçi sınağa çəkib. Bu dəfə də eyni hesabla qəlbə qazanan komandamız ilk iki turu 6 xalla tamamlayıb. Bu matçlarda 2 top vuran komandamız qapısını toxunulmaz saxlayıb.
AÇ-1996-dan başlayaraq, 11 seçmə tsikli arxada qoyan yığmamız indiyədək ilk iki qarşılaşmada heç vaxt belə nəticə qazanmamışdı. Ən yaxşı halda, 3 xal toplayan komandamız həmin - DÇ-1998-in startında top fərqimiz "-5" olmuşdu. Cari tsiklə qədərki yeganə qələbə də həmin vaxta təsadüf etmişdi.

Digər 10 seçmə mərhələdən 4-də 1 xal qazanan komandamız, 6 dəfə startı sıfırla yola vermişdi.
Startda ən yaxşı halda 2 qol vuran komandamız ötən tsikldə imza atdığı rekordu təkrarlayıb. Yığmamız iki il öncəki kimi startda 2 dəfə fərqlənib.
Bu dəfə komandamız startı qol buraxmadan başa vurub. İndiyədək heç vaxt ilk iki matçda qapımızı toxunulmaz saxlamamışdıq. Ən yaxşı halda ilk iki matçda cəmi 1 top buraxmışdı. Bu da DÇ-2010-da gerçəkləşmişdi.

AÇ-1996

2

0

0

2

0-4

0

DÇ-1998

2

1

0

1

1-5

3

AÇ-2000

2

0

0

2

0-7

0

DÇ-2002

2

0

0

2

0-4

0

AÇ-2004

2

0

0

2

0-5

0

DÇ-2006

2

0

1

1

1-3

1

AÇ-2008

2

0

1

1

1-2

1

DÇ-2010

2

0

1

1

0-1

1

AÇ-2012

2

0

0

2

1-9

0

DÇ-2014

2

0

1

1

1-4

1

AÇ-2016

2

0

0

2

2-4

0

DÇ-2018

2

2

0

0

2-0

6

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/477507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR