Baş nazir “Gürcü arzusu”nun qalib gəldiyini elan etdi

Baş nazir “Gürcü arzusu”nun qalib gəldiyini elan etdi
22:42 8 Oktyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyası hesab edir ki, parlament seçkilərində qalib gəlib.

Milli.Az modern.az-a istinadən bildirir ki, partiyanın Tbilisidəki mərkəzi ofisinin qarşısındakı səhnədən bunu Gürcüstanın baş naziri İrakli Kvirikaşvili elan edib.
 
O, qələbə münasibətilə tərəfdarlarını və ölkə əhalisini təbrik edib.
 
"Gürcüstan, mən səni böyük qələbəyə görə təbrik edirəm. Dostlarım, sizi bizim dövlət üçün bu böyük qələbə münasibətilə təbrik edirəm. Bu hər birimizin qələbəsidir. Bu qələbə bizə mübarizə yolu ilə nəsib olub. Sizi təbrik edirəm. Çox sağ olun", - o, deyib.
Kvirikaşvili bəyan edib ki, onun partiyası bütün sorğuların nəticələrinə görə liderdir.
"Exit-poll" keçirən GFK şirkətinin ilkin məlumatına görə, proporsional siyahı üzrə "Gürcü arzusu" 39,9 faiz səs toplayıb. "Vahid millli hərəkat" partiyası isə 32,74 faiz səslə ikincidir.
TNS şirkətinin sorğusunda isə nəticələr belədir: "Gürcü arzusu" - 53,8 faiz, "Vahid milli hərəkat" - 19,5 faiz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR