Lənkəranda ağır qəzada iki nəfər xəsarət alıb

Lənkəranda ağır qəzada iki nəfər xəsarət alıb
23:03 8 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Boladi kəndi ərazisində istifadə verilməmiş yeni tikilən “İpək yolunda” baş verib. Bakı şəhər sakini 1982 Zaur Seyfulla oğlu Fərziyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən yolun ortasına tökülmüş qum topasına girib. Nəticədə avtomobilə ciddi ziyan dəyib, həmçinin sürücünün qohumları olan sərnişinləri - Bakı sakinləri 1932-ci il təvəllüdlü Humayə Əlibala qızı Fərziyeva və onun oğlu 1950-ci il təvəllüdlü Xeyrulla Eynulla oğlu Fərziyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlara zəruri tibbi yardım göstərilib. Onlardan Humayə Fərziyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Şöbəsində araşdırmalara başlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR