Kimlərə seyid deyilir?

Kimlərə seyid deyilir?
23:12 8 Oktyabr 2016
170 Ölkə
Ölkə mətbuatı
A- A+

"Seyid" sözünün ərəb dilindən tərcüməçi "ağa" deməkdir. Ümumiyyətlə, ərəb dilində bu söz ehtiram əlaməti olaraq işlədilir. Dini termin kimi Həzrət Mühəmməd Peyğəmbərin (s) ulu babası Haşimin nəslindən olanları seyid adlandırırlar. Xalq ənənəsində isə Peyğəmbə­rin nəslindən olanlar seyid sayılırlar. O həzrətin nəsli yalnız qızı Fatimənin (ə) İmam Əli (ə) ilə izdivacından doğulmuş Həsən (ə), Hüseyn (ə) və Zeynəb vasitəsilə davam etmişdir. Bu gün dünyanın müxtəlif ölkələrində yüz milyonlarla seyid yaşayır. Təbatəbai, Musəvi kimi böyük nəsillər də bura aiddir.

Milli.Az islam.az-a istinadən bildirir ki, İslam dinində seyidlərə ehtiram göstər­mək çox təkid olunur. Seyidlərlə ailə qur­mağın fəziləti haqqında Peyğəmbərdən hə­dislər mövcuddur ("Qiyamət günündə bütün bağlılıqlar ləğv olunacaq, yalnız mənimlə əsil-nəsəb bağlılığından savayı"). Məclislər­də seyidi yuxarı başda əyləşdirmək, onun qulluğunda durmaq ənənəyə çevrilib. Cəfəri məzhəbinə görə, xümsün yarısı da ehtiyaclı seyidlərə verilməlidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR