Avropa nəhənginə şok: 5 kuboku əlindən alındı

Avropa nəhənginə şok:   5 kuboku əlindən alındı
09:07 9 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya və Avropa basketbolunun ən önəmli klublarından olan "Mens Sana 1871 Basket"in 2011-2013-cü illərdə qazandığı 2 ölkə çempionluğu, 2 ölkə kuboku və 1 Super Kuboku əlindən alınıb. 


Fanat.Az xəbər verir ki, əvvəlki adı "Montepaschi Siena" olan klubun cəzalanmasına səbəb baş sponsporu olan bankın adının qarışdığı qalmaqallar olub. Bu barədə qərarı Roma Federal Məhkəməsi qəbul edib. 


Həmin vaxt klubun baş meneceri olan Ferdinando Minuççinin də adının qarışdığı "Monte Dei Paschi" bankındakı qalmaqallar kluba baha başa gəlib. Qərarda bildirilir ki, "Mens Sana 1871 Basket" klubu haqq etmədiyi qazancla heyət qurub və vergidən yayınıb.


Siena şəhərini təmsil edən klubun əlindən alınmış kuboklarının onlarla final oynamış digər klublara verilməyəcəyi açıqlanıb.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR