Çeçenistanda baş vermiş insidentdə 7 silahlı öldürülüb

Çeçenistanda baş vermiş insidentdə 7 silahlı öldürülüb
09:37 9 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ Çeçenistanın Qudermesk rayonunda polis əməkdaşları ilə silahlı şəxslər arasında atışma baş verib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.
"Qudermesk rayonunu Enqel-yurt və Gerzel yaşayış məntəqələri arasında polis postları qurulub. Polis əməkdaşları postun yaxınlığından keçmək istəyən iki avtomobili saxlayaraq onları yoxlamaq istəyiblər. Lakin bu zaman avtomobillərdəki şəxslər polisə atəş açıblar" – deyə mənbə bildirib. O, qeyd edib ki, bu zaman polis əməkdaşları da silahlılara atəş açıblar.
Nəticədə 7 silahlı öldürülüb. Məlumatda bildirilir ki, zərərsizləşdirilmiş silahlıların sayı hadisə yerində təhqiqatlardan sonra məlum olacaq.
Atışma zamanı 4 polis əməkdaşı da yaralanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/cecenistanda-bas-vermis-insidentde-7-silahli-oldurulub-4-polis-emekdasi-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR