"Süpürgəpulu" istədilər, ata 150 süpürgə göndərdi

"Süpürgəpulu" istədilər, ata 150 süpürgə göndərdi
11:05 9 Oktyabr 2016
611 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədəki məktəblərdən birində bağlı maraqlı məlumat paylaşılıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, rayonun Hacallı kəndindəki orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyni "süpürgəpulu" tələbinə qarşı original addım atıb.

Belə ki, ata övladının "məktəbdə yenə "süpürgəpulu" istəyirlər" sözlərindən sonra problemi necə deyərlər, kökündən həll etmək qərarına gəlib. Dəfələrlə məktəbə "süpürgəpulu" yollayan ata bu dəfə 150 ədəd süpürgə alaraq, təhsil müəssisəsinə göndərib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR