Mərhum xalq artistinin oğlu: "Bu, həyatın ən ağır dərdidir"

Mərhum xalq artistinin oğlu:  "Bu, həyatın ən ağır dərdidir"
11:16 9 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Mərhum xalq artisti Habil Əliyevin müğənni oğlu Rəvan Habiloğlu depressiyaya düşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Xəzər maqazin”ə açıqlamasında bildirib ki, atasını itirəndən sonra çətin günlər yaşayıb:

“Bəzi məqamlar var ki, onda sənətdən uzaqlaşmağın xeyri olur. Mənim üçün həyatın ən ağır dərdi atamı itirmək oldu. Bunu həddindən artıq ağırlıqla qəbul etdim. Atamın yeri görünür. Elə bil ki, insanın özünü tanıması üçün valideynləri yanında olmalıdır. Boşluğa düşdüm, çıxa bilmirəm. Onun məsləhətinə, tənqidlərinə ehtiyacım var. Valideyn itirməmişdim deyə çətin gəldi. Allah anamın canını sağ eləsin”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR