Gürcüstan MSK: Bəzi dairələrdə seçkilərin ikinci turu keçiriləcək

Gürcüstan MSK: Bəzi dairələrdə seçkilərin ikinci turu keçiriləcək
11:22 9 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

 Gürcüstanda bir çox birmandatlı dairədə ikinci tur parlament seçkilərinin keçiriləcəyi gözlənilir.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jivaniya bildirib.

T.Jivaniya MSK sədri deyib ki, hazırda MSK əməkdaşları birmandatlı dairələr üzrə 1415 seçki məntəqəsindən daxil olan məlumatları araşdırır: "Əldə edilən məlumatlara əsasən, hazırda hansı sayda birmandatlı dairədə ikinci turun keçiriləcəyini söyləməyə imkan vermir. Ancaq mümkündür ki, böyük sayda birmandatlı dairədə seçkilərin ikinci turunu keçirməyə ehtiyac yaransın".

Qeyd edək ki, dünən Gürcüstanda parlament seçkiləri keçirilib. Gürcüstan parlamentinə 150 deputatın 77-i partiya siyahısı (proporsional), 73-2 birmandatlı dairələrdən (majoritar) seçilməlidir. 73 birmandatlı dairədə deputat mandatı uğrunda 816 nəfər mübarizə aparır. Birmandatlı dairələrdə deputat seçilmək üçün namizədlərdən birinin 50 faiz+1 səs toplaması tələb olunur.

MSK-nın məlumatına görə, indiyə qədər səslərin 63,4 faizi hesablanıb. Hakim "Gürcü arzusu" səslərin 49,2 faizini, Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat isə səslərin 26,7 faizini toplayıb. Digər partiyalar, hələ ki, 5 faizlik seçki baryerini keçməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR