Millinin oyununda yaralanan azarkeşin vəziyyəti ağırdır - DİAQNOZ

Millinin oyununda yaralanan azarkeşin vəziyyəti ağırdır -   DİAQNOZ
12:07 9 Oktyabr 2016
138 İdman
Ölkə mətbuatı
A- A+

Dünən keçirilən Azərbaycan - Norveç oyununa gedərkən körpüdən yıxılan Nahid Zahidovun durumuna aydınlıq gəlib. Bu barədə Fanat.Az-a Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.

 

Məlumatda bildirilir ki, hazırda xəstənin vəziyyəti stabildir. Hazırda reanimasiya şöbəsində olan yaralıya döş qəfəsinin və qarının tramvası, qara ciyərin və sidik kisəsinin cırılması, dalağın çıxarılması, sağ böyrək ləyəninin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı, daxili qanaxma diaqnozu qoyulub.


Xəstənin son durumu ilə bağlı Fanat.Az-a məlumat verən həkim bildirib ki, Nahid Zahidov hələlik həyati təhlükəni adlayıb. 


Qeyd edək ki, əslən Lerik rayonundan olan olan Nahid Zahidov Koperasiya Universitetinin. O, hərbi xidmətdən yeni qayıdıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millinin-oyununda-yaralanan-azarkein-vziyyti-ardr-t53207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR