Qozlu keks, Lobya qızartması - “Günün menyusu”

Qozlu keks, Lobya qızartması -  “Günün menyusu”
12:11 9 Oktyabr 2016
229 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az “Günün menyusu”nu təqdim edir:

Lobya qızartması

Ərzaqlar:
Təzə lobya – 500 qr.
Un – 1 st.
Yumurta – 2 ədəd
Qabartma tozu – 1 x.q.
Duz və qara istiot zövqə görə

Hazırlanması:

Bir qaba su töküb qaynadın, lobyaları içərisinə töküb, 5-6 dəqiqə saxlayın. İsti sudan çıxaran kimi soyuq suya atın, daha sonra kağız salfetin üstünə düzüb suyunun qurumasını gözləyin.
Un, yumurta, qabartma tozu, azca su, duz və istiotu bir qabda qarışdırın. Lobyaları bu qarışığa batırıb, əvvəlcədən isidilmiş yağa atıb, qızardın. Süfrəyə yanında mayonez, qatıq və ya istədiyiniz sousla verə bilərsiniz.



Holand pendirli küftə

Ərzaqlar:
Qiymə - 250 qr.
Soğan – 1 ədəd
Suxarı unu – 2-3 x.q.
Yumurta – 1 ədəd
Cəfəri – 1 dəstə
Kəklik otu, qırmızı bibər, duz
Holand pendiri, kərə yağı

Hazırlanması:
Qiyməni blenderdən keçirilən soğan, cəfəri, yumurta, suxarı unu, duz, istiotla qarışdırın. Soyuducuda 1 saat saxlayın. Qiymə qarışığından qoz böyüklüyündə küftələr düzəldib arasına holand pendiri qoyun.  Küftələrin üstünə bir parça kərə yağı qoyub 180 dərəcə isidilmiş sobada bişirin. 



Qozlu keks

Ərzaqlar:
Ymurta – 6 ədəd
Şəkər tozu – 1 st.
Duru yağ – 1 st.
Vanil, qabartma tozu 1 ədəd
Un – 1st.
Mannı – 1 st.
Əzilmiz qoz – 1 st.

Şərbət üçün:
2,5 st. şəkər tozu
4 st. su
1 dilim limon

Bəzəmək üçün:
Qaymaq və hind qozu

Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayıb, kənara qoyun. Kənarda yumurtanı mikserlə qarışdırıb, üzərinə şəkər tozunu tökün. Bir az qarışdırdıqdan sonra duru yağ, vanil, qabartma tozu, mannı, un və qozu töküb qarışdırın.
Xəmiri yağlanmış qaba töküb, 150 dərəcə isidilmiş sobada 40 dəqiqə bişirin. Bişdikdən sonra 10 dəqiqə saxlayıb, üzərinə şərbət tökülür. Süfrəyə verərkən yanına qaymaq qoyulur, üstünə hind qozu səpilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR