"Qələbədən sonra ot örtüyünü danışıb kefimizi pozmayaq"

"Qələbədən sonra ot örtüyünü danışıb kefimizi pozmayaq"
12:12 9 Oktyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Norveçi qəbul edən Azərbaycan millisi 1-0 hesablı qələbəyə sevinib.

Goal.az xəbər verir ki, millimizin baş məşqçisi Prosineçki oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Mən dünən oyundan qabaq demişdim ki, bizi çətin oyun gözləyir. Bu gün oyundan sonra xoşbəxtəm ki, qələbə qazandıq. Hamınızı təbrik edirəm. Komandam yaxşı oynadı və qələbə qazandı. 3 gün sonra Çexiya ilə qarşılaşacağıq. Əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə ilə qayıdaq.

- Norveç qələbəsi Çexiya ilə oyun öncəsi futbolçularda arxayınlıq yaradacaq, yoxsa əlavə ruh yüksəkliyi?

- Bu suala cavab vermək çətindir. Oyundan sonra futbolçularla görüşdüm. Sevincliyik, ancaq futbolçulara dedim ki, 3 gün sonrakı oyunu düşünməliyik. Heyətdə dəyişikliklər olacaq. Həkim müayinəsindən sonra futbolçuların durumu bəlli olacaq. Çalışacağıq sərfəli nəticə ilə qayıdaq.

- Millinin oyunundan razı qaldınızmı? Əsas nəticədir, yoxsa millinin oyunu?

- Sözsüz ki, məşqçi üçün nəticə əsasdır. Oyundan əvvəl milli üzərində basqı vardı. Azarkeşlər qələbə gözləyirdi. Ancaq rəqib çətin idi. Bu gün futbolçular meydanda can qoydular. Seçmə mərhələyə ardıcıl qələbə ilə başlamaq yaxşı haldır. Buna görə azarkeşləri təbrik edirəm.

- Qalibi mühakimə etməzlər, ancaq Araz Abdullayev və Rauf Əliyevi meydanda görmədik.

- Fikrimcə, onlar formada deyildilər. Bu gün heyətlə bağlı problem olmadı. Biz çətini bacarıb qələbə qazandıq.

- Ufuk Budağın oyununu izləyirsinizmi?

- Mən axrıncı dəfə Avstriya ilə oyuna onu dəvət etmişdim və razı qalmamışdım.

- Ağabala Ramazanovun çoxlu səhvlərinə rəğmən ona şans verirsiniz...

- Ağabala sürətli oyunçudur. Rəqiblər üçün təhlükəlidir. Bugünki oyunundan razı qaldım. O bu gün 5 nəfərin yerinə oynayırdı. Ağabala da daxil bütün oyunçulara çox sağ ol deyirəm. Bəlkə baxımlı oyun görmədik, amma əsas odu qələbə qazandıq.

- Azarkeşlər üçün belə başlanğıc möcüzə kimidir. Bəs özünüz möcüzəyə inanırsınızmı?

- Ölkəyə gələndən tək optimist mənəm, siz pessimistsiniz. Bu komanda ilə nəticə əldə edə biləcəyimizi bilirdim. Bunu komandam oyunu ilə təsdiqlədi. Mən ilk gündən komandama inanırram. Artıq azarkeşlər də inanmağa başlayır.

- Ot örtüyündən və azarkeşlərdən razı qaldınızmı?

- Azarkeşlər möhtəşəm idi. Bu qələbədə azarkeşlərin rolu var. Biz də onlara minnətdarlığımızı qələbə ilə bildirdik. Ot örtüyü tam yaxşı deyildi. Qələbədən sonra ot örtüyünü danışıb kefimizi pozmayaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR