Şimali Qafqazda silahlı qrup məhv edildi

Şimali Qafqazda silahlı qrup məhv edildi
12:14 9 Oktyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Çeçenistanın Qudermes rayonunda silahlı qrup məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qudermes rayonunda Engel-yurd və Qerzel yaşayış məntəqələri arasında mobil polis postu qurulub.

 

Polis yoldan keçən iki minik avtomobilini yoxlama aparmaq üçün dayandırmaq istəyib. Ancaq avtomobillərdən polisə atəş açılıb. Nəticədə 4 polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanları atışmada  7-ə qədər silahlının öldürüldüyünü bildiriblər.

 

Öldürülən silahlıların şəxsiyyəti müəyyənləşdirilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR