Azərbaycan futbolçusu Stiven Siqalı təhqir etdi

Azərbaycan futbolçusu Stiven Siqalı təhqir etdi
14:12 9 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanov öz İnstaqram səhifəsində Bakıda qonaq olan və Norveçlə oyundan əvvəl komandamızın məşqinə baxan məşhur aktyor Stiven Siqalla fotosunu yerləşdirib.

Virtualaz.org-un məlumatına görə, Qurbanov yazıb ki, Siqal komandamızı dəstəkləməyə gəlib.
Sonra Bakı "İnter"inin oyunçu Mirhüseyn Seyidov ona şərh yazıb. 24 yaşlı futbolçu Hollivud ulduzunu tanımayıb və Ruslandan şəkil çəkdirdiyi adamın adını dəqiqləşdirmək istəyib. Amma bunu biabırçı, qeyri-etik formada, məlum və məşhur Azərbaycan söyüşünü tətbiq etməklə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR