Suriyada 31 İŞİD silahlısı məhv edildi

Suriyada 31 İŞİD silahlısı məhv edildi
14:18 9 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Son 24 saat ərzində Suriyanın şimalında İŞİD-lə baş vermiş silahlı insident zamanı, habelə terrorçuların mövqelərinə endirilmiş hava zərbələri nəticəsində qruplaşmanın 31 silahlısı məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" türk hərbçilərinə istinadən xəbər yayıb. Məlumata görə, terrorçulardan 14-ü Axterin və Türkmən Barex yaşayış məntəqələrinə hücum zamanı məhv edilib.

Daha 17 terrorçu isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava zərbələri zamanı zərərsizləşdirilib. (Report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR