Azərbaycanlı ailə evində şir saxlayır

Azərbaycanlı ailə evində şir saxlayır
14:52 9 Oktyabr 2016
84 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Saratov vilayətinin Engels şəhərində evində şir balası saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub. 
Report xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin "Engelskoe" Bələdiyyələrarası İdarəsinin məlumatında bildirilir.
 
Qeyd olunur ki, oktyabrın 6-da Tin-Zinya rayonu ərazisində şir balası görən yerli sakinlər bu barədə polisə məlumat veriblər. Məlumat öz təsdiqini tapıb. Məlum olub ki, Azərbaycandan olan ailə yaxın vaxtlarda daha bir şir balası almaq niyyətindədir.
 
"Bizim evdə belə heyvanların saxlanmasını qadağan etmək hüququmuz yoxdur. Şir balası peyvənd olunub, onun bütün lazımi sənədləri var", - deyə bildirilib.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR