ABŞ-da baş vermiş silahlı insident zamanı 1 nəfər ölüb, 8 nəfər yaralanıb

ABŞ-da baş vermiş silahlı insident zamanı 1 nəfər ölüb, 8 nəfər yaralanıb
15:27 9 Oktyabr 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatında silahlı insident baş verib.
"Report"un məlumatına görə, bu barədə "Wood TV8" telekanalı xəbər yayıb.
Məlumata görə, hadisə Qrand-Rapis rayonunun "Clearance Outlet" adlı ticarət mərkəzlərində baş verib. Belə ki, naməlum şəxs ticarət mərkəzindəki insanlara atəş açıb. Nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisəni törətmiş cinayətkar qaçmağa müvəffəq olub. Əraziyə çoxlu sayda polis cəlb olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR