Peşəkar Futbol Liqasından yeni layihə - VİDEO

Peşəkar Futbol Liqasından yeni layihə -   VİDEO
15:37 9 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I divizion yarışlarını da daim diqqətdə saxlayır. Fanat.Az xəbər verirki, PFL bu dəfə I divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.


I divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar. 


Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.


Səsvermənin nəticəsinə görə, 1-ci yeri tutmuş futbolçu Bakı klublarından birinin üzvü olsa belə, ona mükafat bölgədə keçirilən görüşdən öncə təqdim ediləcək. Bu addım jurnalistlərin Birinci Divizionda baş tutacaq bölgə oyunlarına səfərini təşkil etmək və yarışların daha da yaxşı işıqlandırılması baxımından atılıb.


Sentyabr ayı üçün müəyyənləşən 5 qol və onların müəllifi bunlardır:


Həmin siyahı belədir:


Mehman Məmmədov ("Şərurspor")


Orxan Həsənov (MOİK)


Fərmayıl Əliyev ("Şərurspor")


Habil Nurəhmədov ("Şahdağ")


Qeyrət Qənbərov ("Şəmkir")


Sorğu 17 oktyabradək qüvvədə olacaq.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-pekar-futbol-liqasndan-yeni-layih-t53213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR