ABŞ-da "Metyu" qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb

ABŞ-da "Metyu" qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb
18:02 9 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-da "Metyu" qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.
Məlumata görə, qasırğa ilə bağlı 7 ölüm hadisəsi Şimali Karolina, 4 ölüm faktı Corciya ştatında qeydə alınıb. Daha 6 nəfər Floridada dünyasını dəyişib.
"Metyu" qasırğası Atlantik okeanında 2007-ci ildən indiyə kimi ən güclü təbii fəlakətdir.
ABŞ prezidenti Barak Obama oktyabrın 8-də telefon vasitəsilə Corciya, Cənubi Karolina, Şimali Karolina və Florida ştatlarının qubernatorları ilə əlaqə saxlayaraq bu bölgələrdə "Metyu" qasırğasının fəsadlarının aradan qaldırılmasına kömək göstərəcəyini vəd verib.
Qeyd edək ki, son məlumatlarda 14 nəfərin qasırğanın qurbanı olduğu bildirilirdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-metyu-qasirgasi-qurbanlarinin-sayi-17-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR