“İndi nə qədər istəyirlər danışsınlar” – Qara Qarayev

“İndi nə qədər istəyirlər danışsınlar” – Qara Qarayev
18:19 9 Oktyabr 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

Norveçlə oyundan sonra Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Yeni seçmə mərhələdə ilk ev oyunu və qələbə. Nəticə sizin üçün gözlənilməz olmadı?

- Yaxşı hazırlaşmışıq. Bizim üçün vacib oyun idi. 90 dəqiqə müdafiə olunduq. Əslində, belə olacağını da gözləyirdik. Vacib olan nəticəni qazandıq. Azarkeşlər də bizi yalqız qoymadı. Tribunalara kifayət qədər azarkeş toplaşmışdı.

 

- Oyundan qabaq rəqib özünə çox güvənirdi və iddialı açıqlamalar verirdi...

- İndi də danışarlar. Oyundan əvvəl keçirilən mətbuat konfransında baş məşqçiləri də bizə söz atmışdı ki, qazonu rəngləməyəcəklər. İndi nə qədər istəyirlər danışsınlar. Biz matçdan əvvəl təmkinli olduq, cavablarını meydanda verəcəyimizi dedik.

 

- Verdiniz də...

- Onlara cavab verdik, ya yox, deyə bilmərəm. Bizim üçün qələbə qazanmaq daha əhəmiyyətli idi. Bunu da bacardıq. Əslində, onların oyundan sonra danışmaları bizim üçün daha xoş olardı.

 

- İki gün sonra Çexiya ilə qarşılaşacaqsınız. Gücünüz çatacaqmı həmin oyunu lazımi səviyyədə keçirməyə?

- Həqiqətən də Norveçə qarşı oyunda çox güc itirdik. 90 dəqiqə demək olar, müdafiə olunduq. Amma Çexiyaya da elə-belə getmirik. Yaxşı oyun nümayiş etdirməyə və xalla dönməyə çalışacağıq.

 

- İki oyundan sonra millinin aktivində 6 xalı var. Bu nəticəni gözləyirdinizmi?

- Gözlənilməz oldu. Üstəlik Norveç kimi komandaya qarşı oyunda belə uğur qazanmaq... Çox çətin komandadır. Oyunlarını izlədik, analizlər etdik. Çox fərqli komandadı. İndi də fərqli oynadılar.

 

- Norveçə qarşı oyunda əsas motivasiya nə oldu?

- Yaxşı kollektivimizin olması və bizə olan inam sözünü dedi. Norveçli jurnalistlərin bizim mətbuat konfransına gəlməmələri, eləcə də baş məşqçilərinin iddialı açıqlamaları bizi qıcıqlandırmamışdı, motivasiya deyildi. Qarşımıza məqsəd qoyulub, ona doğru gedirik. AFFA rəhbərliyinin bizimlə daim maraqlanması, Rövnəq Abdullayevin matçdan əvvəl komanda ilə görüşməsi, dəstəyini hər zaman nümayiş etdirməsi qələbə qazanmağımızda rol oynadı.

 

- Bu qədər azarkeşin stadiona təşrif buyuracağını necə, gözləyirdinizmi?

- Son illərdə ən çox azarkeş bu gün gəlmişdi. Onlar bizim üçün sürpriz etdilər. Hamısına təşəkkür edirəm.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR