Ateistlər soruşurlar ki, "Allah elə bir daş yarada bilərmi ki, onu Özü qaldıra bilməsin"?

Ateistlər soruşurlar ki, "Allah elə bir daş yarada bilərmi ki, onu Özü qaldıra bilməsin"?
19:57 9 Oktyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu sual ateistlərin məntiqsiz suallarından biridir. Yaradılmış bir şeyin hansısa xüsusiyyətinə görə Yaradandan üstün olması məntiqsizdir, çünki Allah ən üstün, ən uca, ən qüdrətlidir. Allahın belə bir daş yaratmaması ona qüvvəsinin çatmamasına görə deyil, belə bir şeyi təsəvvür etməyin məntiqsiz olmasına görədir. Buna ateistlərin başqa bir sualı üzərində baxaq:
Ateistlər soruşurlar ki, "Allah özü kimi ikinci bir ilah yarada bilərmi?" Bu sualı möminlərə verməkdə məqsədləri budur ki, əgər "hə" cavabı versək, deyəcəklər ki, "o zaman Allahdan başqa ilah ola bilər, Allah tək deyil və s.", əgər "yox" cavabı versək, deyəcəklər ki, "Allahın buna qüdrəti çatmır və s."
Milli.Az zikr.az-a istinadən bildirir ki, əslində isə bu sual məntiqsiz sualdır və ona cavab vermək lazım deyil, çünki yaradılmış bir varlıq ilah ola bilməz. Allahı heç kim yaratmayıb və O, əbədi olaraq mövcuddur. Yaradılmış bir məxluq isə artıq Allah tərəfindən yaradılır. Həmçinin, adi bir insan kimi onun da yaradılma tarixi olur. Göründüyü kimi, istənilən bir yaradılmış varlığın yalnız Allaha məxsus olan, heç kim tərəfindən yaradılmamaq və əbədi mövcud olmaq sifətlərinə sahib olması mümkün deyil. Bu isə sualın məntiqsiz olmasının sübutudur. Bu sualı vermək, kiminsə bilikli bir riyaziyyatçı alimdən "2+2=7" olduğunu sübut etməsini tələb etməyinə bənzəyir. Riyaziyyaçı alimin bunu sübut edə bilməməsinin səbəbi onun elminin zəif olmasına görə deyil, sualın məntiqsiz olmasına görədir.
Sonda sizə nəsihət edirik ki, bu cür şübhələrə baş qoşmayaraq dünya və axirətiniz üçün faydalı işlərə vaxtınızı sərf edəsiniz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Şeytan sizdən biri­nizin yanına gəlib: "Filan şeyi kim yaradıb? Filan şeyi kim yaradıb?"- deyə (ayrı-ayrı suallar verməyə başlayır). Axırda da: "Rəbbini kim yaradıb?"- de­yə (qəlbinizə şübhə salır). Belə olduqda qoy həmin adam Allaha sığınsın və bir daha bu haqda düşünməsin" (əl-Buxari, 3276).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR