Azərbaycan Ukraynadan 18 min dollar məbləğində kartof idxal edib

Azərbaycan Ukraynadan 18 min dollar məbləğində kartof idxal edib
20:12 9 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ Cari ilin 9 ayı ərzində Azərbaycan Ukraynadan 18 min dollar məbləğində kartof məhsulu idxal edib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.
Azərbaycan bu göstəriciyə görə, idxalçı ölkələr siyahısında üçüncü yerdədir. Siyahının birinci pilləsində Belarus qərarlaşıb. Sözügedən ölkə 9 ayın yekunu üzrə Ukraynadan 1,1 milyon dollar məbləğində kartof məhsulu alıb. Məhsulun idxal həcminə görə Gürcüstan ikinci yerdədir (45 min dollar məbləğində).
Hesabat dövründə Ukrayna özü Fransa, Niderland və Almaniyadan 3,8 milyon dollar məbləğində kartof məhsulu idxal edib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-ukraynadan-18-min-dollar-mebleginde-kartof-idxal-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR