Telefonumuz niyə tutulur?

Telefonumuz niyə tutulur?
20:17 9 Oktyabr 2016
209 Ölkə
Ölkə mətbuatı
A- A+

Telefon tutulması hər birimizin texnologiya sahəsində ortaq problemlərimizdən biridir. Bu yazıda telefonun tutulma səbəbləri və onun həll yollarına toxunulmuşdur.

- Telefonun başlıca tutulma səbəblərindən biri - onun yaddaşının tam dolu olmasıdır. Telefon yaddaşı dolu olduqda bu, telefonun rahat işləməsini ləngidir. Bu məsələnin həlli üçün boşalda bildiyiniz qədər telefonun yaddaşı boş olmalıdır. Bunun üçün 8 GB boş yerin olması daha yaxşıdır. Əgər yaddaş təmizlənmirsə, USB vasitəsilə kompüterə taxaraq təmizləyin.
- Milli.Az deyerler.org-a istinadən bildirir ki, telefonun mağazasından yükləmələr zamanı daha çox rəsmi proqramlara üstünlük vermək lazımdır. Yüklədiyiniz proqramdan sonra telefonun tutulma halları baş verirsə, həmin proqramı telefondan təmizləyin.
- Əməli yaddaşı (RAM) daim təmizləmək. Bəzən əməli yaddaşı təmizləmək unudulduğundan, bu, telefonun tutulmağına səbəb olur.
- Telefonun enerji səviyyəsinin 50%-dən yuxarı olmasına diqqət edin. Enerji səviyyəsi çox aşığıdırsa, telefonunuzu ən azı 30 dəqiqə enerjiyə taxın.
- Telefona versiya yenilənməsi gəlmişdirsə, telefonu yeniləyin. Yeni versiyada tutulma problemlərinin çoxu aradan qalxır.
- İri həcmli proqramların bir neçəsini eyni anda işlətmək və ya onları açıq saxlamaq telefonun tutulmasına səbəb olur.
- Telefonunuza digər modellərin enerji vasitəsinə taxmayın. Çünki, bu halda telefon rahat işləmir və tutulur.
- Telefonda olan proqramlardan düzgün istifadə etmək lazımdır. Məsələn: işlətdiyimiz proqram cəmi 7 şəkil göndərməyə icazə verirsə, biz bundan artıq göndəririksə, telefon bu halda tutulacaq.
- Suya davamı olmayan telefonların üzərinə su töküldükdə, bəzən özmüz belə bilmədən telefonun tutulmasına səbəb olur. Ümumiyətlə telefonunuzu su və nəmişlik olan yerdə saxlamaqdan çəkinmək lazımdır.
- Telefonu digər modellərin proqramı ilə işlətməyin. Məsələn: digər modelə aid olan tema və ya klaviatura ilə işlədilməsi tutulmaya yol aça bilər.
- Hər hansı bir yerdə rastlaşdığımız reklamları açmaq telefon üçün böyük təhlükədir. Belə ki, həmin reklamların içində ciddi viruslar ola bilər və bu da telefonun rahat işləməsinə maneçilik yaradar.
- İnternetdə olan zaman tutulmalar yaranırsa, mobil datanı və ya wi-fi söndürüb, bir neçə dəqiqə sonra yandırmaq.
Yuxarda sadaladığımız səbəblərdən əlavə, bəzən bizdən asılı olmadan və səbəbini bilmədiyimiz ciddi tutulmalar olduqda, aşağıdakıları etmək tövsiyə olunur:
- Telefonun aşağı səs səviyyəsi düyməsini və kilid düyməsini eyni zamanda basılı saxlayın.
- Telefonunuzu söndürüb, yenidən yandırın.
- O telefonlar ki, batereyası çıxarıla bilir, çıxartmaq və yenidən taxmaq.
- Telefonu söndürüb, bir neçə dəqiqə gözlədikdən sonra enerjiyə taxmaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR