Bu idarələrdə işləyənlərin maaşlarında 500 manatadək əlavə ediləcək (QƏRAR)

Bu idarələrdə işləyənlərin maaşlarında 500 manatadək əlavə ediləcək  (QƏRAR)
20:33 9 Oktyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”i təsdiq edib.

Qərara əsasən, milli status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 100 manat, 5-7-ci dərəcələr üçün 180 manat, 8-11-ci dərəcələr üçün 240 manat, 12-15-ci dərəcələr üçün 300 manat, 16-17-ci dərəcələr üçün 375 manat, 18-19-cu dərəcələr üçün 500 manat olacaq.

“Akademik” status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr 70 manat, 5-7-ci dərəcələr üçün 110 manat, 8-11-ci dərəcələr üçün 140 manat, 12-15-ci dərəcələr üçün 200 manat, 16-17-ci dərəcələr üçün 275 manat, 18-19-cu dərəcələr üçün 350 manat müəyyənləşdirilib. “Respublika” statusu almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 40 manat, 5-7-ci dərəcələr üçün 60 manat, 8-11-ci dərəcələr üçün 80 manat, 12-15-ci dərəcələr üçün 100 manat, 16-17-ci dərəcələr üçün 130 manat, 18-19-cu dərəcələr üçün 200 manat olacaq.

“Milli”, “Akademik”, “Respublika” statusları almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr “Teatr və teatr fəaliyyəti haqqında” qanununa əsasən aylıq vəzifə maaşlarına əlavələr tətbiq edilən mədəniyyət təsisatlarının işçilərinə şamil edilmir.

Yeni əlavələrin müəyyən edilməsi ilə əlaqədar “Milli status almış və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 9 iyul tarixli 152 nömrəli qərarı ləğv edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/171524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR